Icma.az
close
up
RU
Vüqar Bayramov: Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının əsas drayverlərindən biri olacaq

Vüqar Bayramov: Şərqi Zəngəzur Azərbaycan iqtisadiyyatının əsas drayverlərindən biri olacaq

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

Ermənistanın işğalı illərində doğma yurdlarından didərgin düşmüş minlərlə insan bu gün yenidən torpaqlarına qayıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri sayəsində Qarabağ və Şərqi Zəngəzur sürətlə dirçəlir. İnfrastruktur layihələrinin icrası, yeni yaşayış məntəqələrinin inşası və Zəngəzur dəhlizinin tamamlanması istiqamətində görülən işlər bölgəni strateji və iqtisadi baxımdan regionun əsas mərkəzinə çevirir. Artıq Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütövlükdə Cənubi Qafqazın inkişafına yönəlmiş mühüm bir məkana çevrilməkdədir.

Moderator.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, Azərbaycan Prezidentinin Cəbrayıl və Zəngilana səfəri zamanı yeni təməlqoyma mərasimləri ilə yanaşı, Ermənistanın 27 illik işğalı nəticəsində uzun illər öz ata-baba yurdundan didərgin düşmüş keçmiş məcburi köçkünlərə mənzillərin açarları da təqdim olundu:

“Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən intensiv bərpa və yenidən-qurma işləri nəticəsində Şərqi Zəngəzur regionun nəqliyyat habına çevrilməkdədir. Zəngəzur dəhlizinin Azərbaycan hissəsində işlər tamamlanmaq üzrədir. Uzunluğu 140,6 km olan Horadiz–Ağbənd dəmir yolu xəttinin gələn il istifadəyə veriləcəyi gözlənilir. Uzunluğu 124 km olan Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolu isə artıq tamamlanmaq üzrədir. Dəhlizinin Ermənistan ərazisindən keçəcək işlərin planlaşdırılmasını da nəzərə aldıqda Zəngəzur dəhlizinin 2028-ci ildə istifadəyə veriləcəyi gözlənilir. Bu isə Orta Dəhlizinin regional imkanlarını genişləndirməklə yanaşı, Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirəcək”.

Millət vəkili Şərqi Zəngəzurun böyük turizm, sənaye və aqrar potensiala malik bölgələrimizdən biri olduğunu vurğulayıb:

 “Ölkə Prezidentinin Zəfərdən sonrakı 5 il ərzində işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər zamanı məhz onun tapşırıq və göstərişinə uyğun olaraq infrastrukturun qurulması, eləcə də həm məskunlaşmaya, həm yeni iş yerlərinin yaradılmasına xidmət edən təməlqoyma mərasimlərinin keçirilməsi birmənalı şəkildə ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf mərhələsinə qədəm qoyur. Bunlar isə eyni zamanda o deməkdir ki, Şərqi Zəngəzur yaxın zamanlarda Azərbaycan iqtisadiyyatında əsas inkişaf drayverlərdən birinə çevriləcək. İlkin qiymətləndirmələrə görə, Azərbaycan iqtisadiyyatının təxminən 10%-i həcmində işğaldan azad olunmuş ərazilərimizin yeni dəyər yaratma potensialı var. Bu o deməkdir ki, bərpa-yenidənqurma prosesindən sonra Qarabağ və Şərqi Zəngəzur 12 milyard manatdan artıq yeni dəyərin formalaşmasına və bölgənin Azərbaycan iqtisadiyyatına reinteqrasiyasına töhfə verə biləcək”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://moderator.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri