Icma.az
close
up
RU
Vüqar Oruc: ABŞ iqtisadiyyatı yenidən qurulacaq MÜSAHİBƏ

Vüqar Oruc: ABŞ iqtisadiyyatı yenidən qurulacaq MÜSAHİBƏ

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Dünya" iqtisadi nəşrinin məlumatına görə, ABŞ-nin yeni administrasiyasının Çinlə xarici ticarətdə, vergi və dərəcələr məsələsində yürütdüyü siyasət Türkiyə və regional bazara mənfi təsir göstərə bilər. Onun vəd etdiyi vergi endirimləri ABŞ daxilində iqtisadi artımı stimullaşdırmaq, eyni zamanda büdcə kəsirini artırmaq məqsədi daşıyır.

Güman edilir ki, bununla dövlət istiqrazlarının buraxılması və faizlərin artırılması ilə mübarizə aparılacaq. Faiz dərəcələrinin artması isə inkişaf etməkdə olan ölkələr, o cümlədən Türkiyə üçün xarici borclanma xərclərinin artması deməkdir.

Bu mövzu fonunda Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Bakıvaxtı.az-a müsahibə verib.

- Vüqar bəy, Trampın hakimiyyətə gəlməsi hansı məsələlərdə dəyişikliklərə səbəb olacaq?

- Tramp doğrudan da ABŞ-nin daxili, xarici və iqtisadi siyasətinin yeni tətbiqi üçün yeni seçimdir. O, bugünə qədərki ənənəvi siyasət metodlarından istifadə edərək ABŞ siyasətinə yenilik gətirmək və Amerikanın dünyadakı mövqelərini gücləndirmək istiqamətində addımlar atacaq. Artıq Amerika və dünya ictimaiyyəti sözügedən dövlətin əvvəlki mövqelərinin ortada olmadığını, iqtisadi güc baxımından bir çox dövlətlərin, o cümlədən Çinin ABŞ-dən üstün olduğunu, Çinin dünyada ekspansionist siyasət yürüdən dövlət halına gəlməsini və bunun Amerika üçün təhlükə yaratdığını söyləməkdədirlər. Çin istehsal gücü, intellektual potensialı və yeni texnoloji inkişafı ilə demək olar ki, Qərbin nəzarətində olan bütün bölgələri səssiz şəkildə işğal etməklə məşğuldur. Bu iqtisadi işğal son nəticədə Çinin hegemon gücə çevrilməsinə və dünya siyasətində aparıcı ölkəyə çevrilməsinə səbəb ola bilər. Trampın hazırda elan etdiyi prioritetlər məhz bu vəziyyətin qarşısını almaq və yenidən bucaqlar altı siyasəti tənzimləmək məqsədi daşıyır. Bundan başqa, Amerika Avropa İttifaqına qarşı da öz mövqeyini qəbul etdirmək siyasətini həyata keçirəcək.

- Türk dünyasının Çinlə əməkdaşlığı fonunda Tramp-Çin gərginliyi region üçün nələr vəd edir?

- Azərbaycan və Türkiyə Çinlə müəyyən iqtisadi əməkdaşlığa malik olsa da, Çinin ekspansionist siyasəti bizi də gözləyir. Ona görə də bunun qarşısı alınmalı və müəyyən qədər tarazlıq təyin olunmalıdır. Dünya Çinin intellektual və iqtisadi güc mərkəzinə çevrilməklə, öz şərtlərini diqtə etməsinə biganə qala bilməz.

Dünyada bütün dövlətlərə stabillik və dəstək verəcək çoxqütblülüyün olması sərfəlidir. Tək bir dövlətin hegemonluğu müsbət heç nə vəd etmir. Bu baxımdan mövcud güc mərkəzləri arasında prioritetin gözlənilməsi və müəyyən nüfuz bölgüsünün aparılması daha məqsədəuyğundur.

- ABŞ iqtisadiyyatının yenidən formalaşdırılması gözlənilirmi?

- Əslində daxili siyasətdə Meksika ilə sərhədlərin tam bağlanması və meksikalıların öz ölkələrinə qaytarılması əsas hədəflərdən biridir. Bu, onu göstərir ki, Amerikada əhalinin sayının azaldılması, istehsalın gücləndirilməsi və kənardan gələn istehlak mallarında vergi rüsumlarının artırılması fonunda ABŞ iqtisadiyyatı yenidən qurulacaq. Nəticədə dolların faiz dərəcəsi artacaq. Bununla da ABŞ iqtisadiyyatının yeni dizaynı formalaşacaq.

ABŞ-nin soyuq müharibədən əvvəlki dövrünə qayıtması ehtimalı var. Söhbət ABŞ-nin bütün qitələrdə və dünya siyasətində təkqütblü siyasətindən, aparıcı mövqeyindən və iqtisadi gücün yenidən təqdim olunmasından gedir.

- Faiz dərəcələrinin artması hansı risklərə səbəb olacaq?

- Faiz dərəcələrinin artmasının digər ölkələr üçün uğurlu nəticə vəd edəcəyi gözlənilmir. Çünki faiz dərəcələri artdıqda beynəlxalq valyuta səviyyəsində olan ABŞ dolları digər valyutalara nisbətən daha da güclənir. Belə olan halda əksər ölkələrdə inflyasiyanın səviyyəsi güclənir, devalvasiya ehtimalı yaranır və milli valyutalar ABŞ dolları qarşısında öz müavinətini itirir. Ona görə də baş verəcək yeniliklər bu və ya digər formada Azərbaycan və Türkiyə iqtisadiyyatına təsir göstərəcək.

- Bəs, Azərbaycan öz iqtisadiyyatını risklərdən maksimum necə qoruya bilər?

- Bunun üçün yerli istehsalın inkişafının, qeyri-neft sektorunun məhsuldarlığının artırılmasının və istehlakçı iqtisadiyyatdan istehsalçı iqtisadiyyata keçidin yollarını axtarmalıyıq. Ölkə xaricində baş verən hadisələrin milli iqtisadiyyatımıza təsirlərini minimum səviyyəyə endirmək üçün iqtisadi güclənməyə ehtiyac var.

Düzdür, dünya qlobaldır və bir ölkədə baş verənlər digər ölkələrə də hansısa formada təsir edir. Lakin bu təsirlərin faizini azaltmaq üçün iqtisadi asılılığı minimum səviyyəyə salan siyasət həyata keçirilməlidir.

- Trampın qarşısına qoyduğu hədəflər reallaşarsa, prosesin türk dünyasına mümkün təsirləri necə ola bilər?

- Hesab etmirəm ki, bu dəyişiklik Azərbaycan və ümumilikdə türk dünyası üçün mənfi fəsadlara səbəb olsun. Çünki hazırda bir çox məsələlərdə uyğunluq təşkil edir. Trampın dəfələrlə Türkiyə və onun prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında xoş ifadələr işlətməsi, yürütdüyü siyasətin Azərbaycanın və Türkiyənin regional mövqeyi ilə üst-üstə düşməsi yeni prinsiplərin hər iki ölkə və türk dünyası üçün problem yaratmayacağını göstərir. Əksinə qarşıya qoyduğumuz məqsədlərə çatmaq üçün mövcud vəziyyətdən istifadə etməliyik. Məlumdur ki, bölgəmizdə Rusiya mövqelərinin güclü olması və İran təhlükəsi kimi amillər var. Lakin Trampın yürütdüyü siyasət nəticəsində Rusiyanın bu gücü zəifləyəcək. Eyni zamanda Tramp prezidentliyi dövründə İranla bağlı məsələdə bir sıra ciddi addımlar atacaq.

Gülşən Şərif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see236

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see198

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see157

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see134

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see133

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see124

“Çox yaxşısan, Bakı”

08 Dekabr 2025 09:53see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri