Icma.az
close
up
RU
Vüqar Qurbanov Xaç atası və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə xox gəlir

Vüqar Qurbanov Xaç atası və Çovdarov rolunda: TƏBİB təbib olmur, həbslə xox gəlir

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

İctimai Televiziyanın "Sabaha saxlamayaq" verilişində stomatoloqlardan biri iddia edib ki, TƏBİB onları həbslə təhdid edib. Onun sözlərinə görə, qurum diş həkimlərini polislə hədələyib. Deyilib ki, polisin əli ilə ciblərinə pul qoyulacaq və tutduracaqlar.

Hurriyyet.az Anaxeber.com-a istinadən xəbər verir ki, bu fikirlər heç də sıradan platformada səslənməyib - İTV-də. Əslində stomatoloq bu iddiaları səsləndirirsə, TƏBİB rəhbərliyi Azərbaycan polisinə hörmətsizlik edib, onun imicinə xələl yetirib, ünvanına böhtan atıb.

İkincisi, bəlli olur ki, stomatoloqlarla bağlı yaranmış problem məhz ictimailəşdiyi üçün TƏBİB onlarla görüşərək məsələni həll etməyə məcbur qalıb. Yəni əks halda, diş həkimlərindən aylıq 1200-1800 manat tələb olunacaqdı. Faktiki bu vəsaiti istəməklə TƏBİB stomatoloqların "dişini çəkmiş" olurdu. Guya bu pul stomatoloji kabineti normal olmayan, gəlir gətirməyənlərə aiddir.

Belə desək, icarə haqqı tələb edilən otaqların heç biri təmirli deyil, zəruri avadanlıqlarla təmin olunmayıblar, stomatoloq kimi fəaliyyət göstərən şəxs həm otağı təmir etməli, həm avadanlıqlar almalı, həm də aylıq icarə haqqı ödəməlidir. TƏBİB cavab verir ki, "plan" qoyulmayıb. Lakin qurum nümayəndələri həkimlərlə görüşdə etiraf ediblər ki, TƏBİB gəliri az olan stomatoloqlara guya öz hesabından maaş ödəməli olur. Amma TƏBİB həm də açıqlamasında stomatoloqların gəlirərini gizlətdiyini, maliyyə uçotundan yayındığını iddia edir. Bir sözlə, Vüqar Qurbanovun icraçı direktoru olduğu bu qurum stomatoloqlara hücum çəkib, onlara "haqq" qoyub, indi işin üstü açılıb deyə geri çəkilib. Hətta görüşdən sonra Ağcabədi, Hacıqabul rayonlarının mərkəzi xəstəxanasının diş həkimləri də jurnalistlərə bildiriblər ki, müzakirə zamanı aylıq 1200-1800 manat ödəmək imkanı olmadığı TƏBİB rəhbərliyinin nəzərinə çatdırılıb. Sitat: "

TƏBİB özü-özünü maliyyələşdirən qurumdur. Onlar istəyirlər ki, xəstəsi olmayan həkimləri işdən uzaqlaşdırsınlar. Biz də dedik ki, rayonda aylıq 1200 manat ödəməyimiz mümkün deyil. Bizdən sadəcə ay ərzində 15-20 xəstə qəbul etdiyimizə dair qəbz göstərmək tələb olunur ki, TƏBİB bizi işdə saxlaya bilsin. Burada məsələ ay ərzində xəstəsi olmayan həkimlərin işdən uzaqlaşdırılmasıdır”.

Maraqlıdır, TƏBİB xəstəsi olmayanları hansı əsasla işdən azad edə bilər? Üstəlik, inandırıcı görünmür, bu gün diş həkimlərinin kifayət qədər xəstəsi var. Bu məsələdə hiss olunur ki, TƏBİB aylıq "plan" tələbini ört-basdır etmək üçün belə izahlar irəli sürməyə çalışıb. Yəni qurum rəhbərliyi açıq şəkildə rüşvət istədiyini gizlətməyə can atıb. Bəs İTV-nin efirində həkimləri həbslə təhdid edilməsi barədə səslənən iddialar nədir?

Bu faktlar, pul tələbi göstərir ki, TƏBİB bir struktur olaraq özünü doğrulda bilməyib. Ümumiyyətlə, səhiyyə sistemi sistemsiz, dağınıq, xaotik görünür. Çünki səlahiyyət bölgüsü, funksionallıq, nəzarət mexanizmi bərbad və anarxikdir. Bu gün Səhiyyə Nazirliyinin səlahiyyətləri ilə TƏBİB-in funksiyaları bir-birinə qarışıb. Ona görə vahid sistemə, bir strukturun saxlanmasına ehtiyac var. Olmayan Azərbaycan səhiyyəsində iki qurumun fəaliyyətinə nə zərurət var? Bütün bunlar izafi xərclər deməkdir. Onlardan biri saxlanmalıdır. Çünki hər qurum öz tələbləri ilə əlavə problemlər yaradır. Sonuncu diş həkimləri idi. Vüqar Qurbanovun "xaç atası" kimi bir "mafiya" yaradıb stomatoloqları həbslə qorxutması, aylıq "plan" istəməsi göstərir ki, TƏBİB rəhbərliyi özünü keçmiş MTN generalı Akif Çovdarov kimi aparır...

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 May 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri