Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Azərbaycan xalqı daim tarixinə, dilinə, milli mənəvi dəyərlərinə sahib çıxan xalq kimi tanınır

Vüqar Rəhimzadə: Azərbaycan xalqı daim tarixinə, dilinə, milli mənəvi dəyərlərinə sahib çıxan xalq kimi tanınır

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bu gün qalib, bütövləşən, yeni dövrə qədəm qoyan Azərbaycan hər bir əlamətdar tarixi, günü Zəfərimizin, suverenliyimizin bərpasının yaratdığı  yeni reallıqlar fonunda qeyd edir. Bu baxımdan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin hər bir qərarı, imzaladığı hər bir Fərman və Sərəncam bugünümüzə və gələcəyimizə hesablanmış mühüm addımların əsas tərkib hissəsidir. Nəzərə alsaq ki, azərbaycançılıq ideologiyasının inkişafı və təbliği  dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövründə mühüm çağırışlar sırasında olub, bu halda onun əsas tərkib hissələrindən olan dilimizin qorunmasına yönələn  addımların əhəmiyyətinin daha  aydın şəkildə  özünü nümayiş etdirdiyini görə bilərik. Məlum olduğu kimi, hər il 1 avqust tarixi Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin  9 avqust 2001-ci il  tarixli Fərmanına əsasən təsis edilib. Bu Fərman latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyi və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğu nəzərə alınaraq  imzalanıb. Ümumilikdə, Azərbaycan dilinin qorunmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Hələ 1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək öz prinsipial mövqeyini göstərdi. 1978-ci il aprelin 2-də IX  çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alındı. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir. Bütün çətinliklərə baxmayaraq, Ümummilli Liderin bu cür tarixi qərara nail olması mənəvi varlığımızın əsası sayılan dilimizin inkişafında böyük addım oldu. Hakimiyyətinin hər iki dövründə Ulu Öndərin  ana dili siyasəti Onun dövlət quruculuğu siyasətinin tərkib hissəsi olub. 1993-cü ildə  xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da Ümummilli Lider Azərbaycan dilinin inkişaf etdirilməsini və saflığının qorunmasını qarşıya əsas məsələ kimi qoydu. 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Təkliflərin böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili Ulu Öndər Heydər Əliyevin “Bu gün iftixar hissi ilə deyə bilərik ki, Sovet hakimiyyəti illərində biz Azərbaycan dilini qoruduq, saxladıq və inkişaf etdirdik. Azərbaycan dili indi çox yüksək səviyyədə, yəni onun qrammatik quruluşu, başqa sahələri yüksək səviyyədə olan bir dildir” fikirlərini önə çəkərək qeyd edib ki, Ümummilli Liderin 1970-1980-ci illərdə milli dil sahəsində apardığı  fəal siyasət Azərbaycanda  milli dirçəliş, milli mənlik şüurunun inkişafı prosesini  sürətləndirdi. Bu siyasət, eyni zamanda, Azərbaycan xalqını milli müstəqillik və milli dövlətçilik  qazanmağa hazırladı.
Vüqar Rəhimzadə  vurğulayıb ki, Ulu Öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra yeni tarixi şəraitə  uyğun olaraq Azərbaycan dilinə göstərdiyi  diqqət və qayğı siyasi, eyni zamanda, praktiki baxımından  fərqləndi. Ümummilli Liderin yorulmaz fəaliyyəti nəticəsində  Azərbaycan dili dövlətlərarası münasibətlərdə, diplomatik danışıqlarda istifadə edildi,  dahi rəhbərin öz ana dilinə məhəbbəti, bağlılığı hər bir addımında  özünün aydın ifadəsini tapdı. Onun artıq dillər əzbəri olan “Hər bir insan üçün onun milli mənsubiyyəti  onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrildi. Ulu Öndərin dilimizin qorunması, inkişaf etdirilməsi istiqamətində atdığı addımlar, səsləndirdiyi çağırışlar bütün dövrlərdə yeni hədəflərin müəyyənləşdirilməsində stimulverici amil oldu. Ümummilli Lider bildirirdi ki, xalqı xalq, milləti millət edən onun ana dilidir.
Milli Məclisin deputatı bildirib ki, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 2001-ci il 18 iyun tarixli Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Prezident İlham Əliyevin “Heydər Əliyev öz xalqına sıx bağlı olan bir adam idi. Məhz onun təşəbbüsü ilə Azərbaycan dilinin qorunmasına dair önəmli addımlar atılmışdır, müvafiq sərəncamlar imzalanmışdır. Azərbaycan dilinin qorunması milli kimliyimizin qorunması deməkdir. Azərbaycan dili çox zəngin dildir. Dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” fikirləri Ulu Öndər Heydər Əliyevin dilimizə qayğısının aydın ifadəsini yaradır. Ümummilli Liderin ana dilimizin qorunması istiqamətində atdığı  addımlar bu gün də  uğurla davam etdirilir.
Vüqar Rəhimzadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin  2004-cü ildə  imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən, hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. 2004-cü ildə, eyni zamanda, “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında” Sərəncam imzalandı. 2007-ci ildə imzalanan “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında» Sərəncam ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqini gerçəkləşdirdi.  Prezident İlham Əliyevin  2013-cü ildə imzaladığı  Sərəncam ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”  ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik sahəsində  araşdırmaların yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçilik sahəsinin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. 
Vüqar Rəhimzadə Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması istiqamətində imzaladığı sənədlər sırasında  1 noyabr 2018-ci il tarixli  “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı xüsusi qeyd edib. Bildirib ki, ümumiyyətlə, ölkəmizdə dövlət dili daim diqqət mərkəzindədir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Həmin Fərmandan irəli gələn vəzifələrin icrası çərçivəsində Nazirlər Kabinetinin müvafiq qərarı ilə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi yaradılmışdı.
Millət vəkili bu ümumiləşdirməni aparıb ki, Azərbaycan xalqı daim tarixinə, dilinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq kimi  tanınır. Xalqımızın yenilməzliyinin, məğrurluğunun təsdiqi olan tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları fonunda qarşımızda mühüm çağırışlar dayanır. Gənclərimiz hər zaman vətənpərvərlik ruhunda tərbiyə olunmalı, tariximizi, dilimizi, milli-mənəvi dəyərlərimizi təbliğ və inkişaf etdirməlidirlər.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:47
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 31 İyul 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see306

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see178

“Dəbdə” olan xəstəlik: Gecə başlayıb gündüzü “zəhər” edir

21 Sentyabr 2025 16:00see157

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see140

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see128

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see126

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see125

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see122

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see120

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri