Icma.az
close
up
RU
Menu

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

Vüqar Rəhimzadə: İğdır Naxçıvan qaz kəmərinin açılışı Naxçıvanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək

Vüqar Rəhimzadə: İğdır Naxçıvan qaz kəmərinin açılışı Naxçıvanın enerji təhlükəsizliyini daha da möhkəmləndirəcək

Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dünyaya nümunə olan Azərbaycan-Türkiyə birliyi, həmrəyliyi atılan  növbəti uğurlu addımla diqqətdədir. Dövlət başçısı İlham Əliyevin martın 5-də Türkiyəyə işgüzar səfəri çərçivəsində Prezident Rəcəb Tayyib Ərdoğan ilə  İğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak etmələri hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. “Bir millət, iki dövlət” olan Azərbaycan və Türkiyənin tarixi dostluqdan strateji tərəfdaşlığa doğru atdıqları addımların xronologiyasına diqqət yetirdikdə möhkəm təməlin, qarşılıqlı etimadın münasibətlərin inkişafında böyük rol oynadığı daha aydın şəkildə görünür. Türkiyə Azərbaycanın  müstəqilliyini tanıyan ilk ölkədir.  Həmin dövrdən etibarən ölkələrimiz arasında siyasi və iqtisadi sahələrdə dərin əməkdaşlıq əlaqələri qurulub və uğurla davam edir. 1990-cı illərin sonlarından başlayaraq, xüsusən də müstəqilliyimizin bərpasının ilk illərində Türkiyə Azərbaycana siyasi və diplomatik dəstək göstərdi.
Hər zaman ədalətin və beynəlxalq hüququn yanında olan  Türkiyə ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə olan dəstəyini xüsusilə keçmiş Qarabağ münaqişəsi zamanı açıq şəkildə nümayiş etdirdi. Ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə inkişafını şərtləndirən mühüm amillərdən biri hər iki dövlətin məhz ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasət həyata keçirmələri, daim sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edərək hədəflərə nail olmaq üçün birgə addımların atılmasının vacibliyini bildirmələridir. Azərbaycan-Türkiyə əlaqələrinin möhkəmlənməsində hər iki ölkənin dövlət başçılarının qardaşlıq, dostluq münasibətləri daim əhəmiyyətli rol oynayıb. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət”, Böyük Öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” çağırışları bütün dövrlərdə bu münasibətlərin inkişafında yol xəritəsidir. Tarixi Zəfərimizin reallıqları fonunda Azərbaycan-Türkiyə qardaşlığının rəsmi şəkildə təsdiqi olan Şuşa Bəyannaməsinin mahiyyətində də məhz bu kəlamlar əsas yer tutdu.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr, xüsusilə enerji sahəsindəki əməkdaşlıqla daha da güclənir. 2023-cü ildə Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarət dövriyyəsi 8 milyard  dollar olub. Ötən il  artım dinamikası davam edib.  Azərbaycanın Türkiyə iqtisadiyyatına etdiyi yatırımların həcmi isə 20 milyard dolları keçib.  Bu rəqəmin gələcəkdə daha da artacağı gözlənilir. Azərbaycan Cənubi Qafqazda ən böyük enerji təchizatçısı olaraq Türkiyə vasitəsilə Avropaya enerji tədarük edir. Bu sahədəki əməkdaşlıq xüsusilə 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri ilə dərinləşib. Bu layihələr yalnız iqtisadi deyil, həm də siyasi və strateji əhəmiyyətə malikdir. Çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı tarixində önəmli bir gün kimi dəyərləndirilən  İğdır-Naxçıvan qaz xəttinin açılışı iki ölkənin birgə reallaşdırdığı enerji layihələrinin tərkib hissəsidir. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Türkiyə və Azərbaycan - iki qardaş ölkə nəhəng layihələr reallaşdırır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP kimi neft-qaz boru xətləri layihələri nəinki ölkələrimizi birləşdirdi, eyni zamanda, Avrasiyanın enerji xəritəsini dəyişdirdi. Bu gün Azərbaycandan Türkiyə ərazisindən gedən qaz bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Keçən il Azərbaycanın qaz ixracatı 25 milyard kubmetrə çatmışdır. Onun təxminən yarısı Türkiyəyə olan ixracatdır. Türkiyədən başqa  10-u Avropa ölkəsi olmaqla 11 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini gücləndirir.
Vüqar Rəhimzadə vurğulayıb ki, davamlı şəkildə güclənən qardaşlıq bağları və strateji müttəfiqlik əlaqələrinin inkişafı ölkələrimiz qarşısında duran problemlərin uğurla həllinə imkan yaradır. Bu birliyin  mühüm nəticələrindən biri də illərdir Ermənistanın yaratdığı blokada şəraitində yaşamağa məcbur olan Naxçıvan Muxtar Respublikasının enerji təminatının daha etibarlı səviyyəyə çatdırılmasıdır. Azərbaycan və Türkiyə liderlərinin uzaqgörən siyasətinin nəticəsi kimi ərsəyə gələn İğdır-Naxçıvan qaz kəməri məhz bu məqsədə xidmət edir.  İki dost və qardaş ölkələrin videobağlantı formatında   İğdır-Naxçıvan qaz kəmərinin istismara verilməsi mərasimində iştirakı bu birliyin enerji sektorunda yol açdığı uğurların davamlılığından xəbər verir.  2018-ci ilin iyun ayında TANAP istifadəyə veriləndə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu layihəni növbəti layihələrin müjdəçisi kimi dəyərləndirmişdi. İğdır-Naxçıvan qaz kəməri  muxtar respublikanın təbii qaz təminatını tam qarşılayacaq və bir mənbədən asılılığını aradan qaldırmaq baxımından mühüm rol oynayacaq. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında da bu məqamı xüsusi vurğuladı. Qeyd etdi ki,  İğdır-Naxçıvan qaz xəttinin açılışı  Naxçıvanın enerji təhlükəsizliyini təmin edəcək. Çünki Azərbaycandan gələn qaz Türkiyə ərazisindən svop şəklində Naxçıvana ötürülərək, artıq Naxçıvanı da bu problemdən xilas etmiş olacaq.
Vüqar Rəhimzadə bildirib ki, iki dost, qardaş ölkənin  birgə həyata keçirdikləri enerji layihələri nəqliyyat layihələrinin də reallaşmasına  imkan yaratdı. Belə ki, əhəmiyyətinə görə enerji layihələrindən geri qalmayan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi  həyata keçirildi.  Bu gün Türkiyəni Azərbaycanla birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu həm ölkələrimiz, həm də daha geniş coğrafiya üçün mühüm üstünlükləri təmin edir. Xüsusilə türk dünyasını birləşdirmək üçün bu nəqliyyat bağlantısının çox böyük faydası vardır. Prezident İlham Əliyev vurğuladı ki, Türkiyə ilə Azərbaycan arasındakı birlik, qardaşlıq bütün türk dünyasına böyük bir töhfədir. Türk dünyasının birləşməsi yolunda əziz Qardaşım, hörmətli Cümhurbaşqanının çox böyük rolu var. Onun liderliyi ilə həm Türkiyədə böyük uğurlar əldə edildi, həm türk dünyasının daha da sıx birləşməsi üçün yeni imkanlar yarandı. Azərbaycan da hər zaman türk dünyasının birləşməsinə çox böyük önəm verir və öz tərəfindən bu birliyi təmin etmək, bunu əbədi etmək və ortaq maraqlar və ortaq tarix üzərində əlaqələri qurmaq üçün səylərini əsirgəmir.
Milli Məclisin deputatı qeyd edib ki, İğdır-Naxçıvan qaz kəmərinin açılışı  mərasimi bir daha Türkiyə-Azərbaycan birliyinin, dostluğunun, qardaşlığının əyani təzahürüdür. “Əminəm ki, Naxçıvanda yaşayan 500 minə yaxın soydaşımız bu gün gözəl Ramazan ayında bu mərasimi də bayram kimi qeyd edəcək” söyləyən dövlət başçısı İlham Əliyev onu da qeyd etdi ki, inşaat işləri qısa müddətdə başa çatdı və  artıq bu gözəl mərasimdə iştirak edirik.
Vüqar Rəhimzadə Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi üçün geniş imkanların mövcud olduğunu diqqətə çatdırıb. Bildirib ki, tarixi Zəfərimizdən sonra dünya istər Azərbaycan-Türkiyə, istərsə də digər türk dövlətləri arasında əlaqələrin daha sıx birləşdiyinin şahididir. Türk dünyasını böyük ailə kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev  ötən il prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində Azərbaycanın xarici siyasət uğurlarından, beynəlxalq təşkilatlarla əlaqələrimizdən geniş bəhs edərək bu çağırışı etdi ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu, bizim üçün prioritetdir, mən bunu açıq demək istəyirəm, yəqin ki, indi aparılan siyasət də hər kəsə bunu aydın göstərir. Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılışı mərasimində iki qardaş ölkənin dostluğunu möhkəmləndirən məqamlardan bəhs edərək bildirdi ki,    Türkiyə və Azərbaycan sülhün, sabitliyin, rifahın tərəfindədir. Bölgəmizdə ancaq sülh, əməkdaşlıq, hamımızın birlikdə inkişaf etməsini istəyirik. Bu məqsədlə indiyədək bir sıra addımlar atdıq, səmimiyyətimizi göstərdik. İnşallah, bundan sonra regional sülh, rifah və əmin-amanlıqla bağlı hər cür layihəni birlikdə həyata keçirməkdə qətiyyətliyik.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Mart 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see153

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see126

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see125

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see122

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see121

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see118

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see117

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see116

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see115

İstilik təchizatı sektorunda təhlükəsizliyə dair tələblər müəyyənləşir

23 Aprel 2025 14:05see115

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see115

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see115

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see114

BDU da “Liderlik nədir? yeni nəsil yanaşma” mövzusunda tədbir keçirilib

24 Aprel 2025 18:14see114

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see113

Astara Rəşt yolunun maliyyələşdirilməsində kiçik problemlər var XİN RƏSMİSİ

24 Aprel 2025 11:19see113

Dayanıqlı İnkişaf Məqsədləri və problemlər

23 Aprel 2025 23:30see113

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var FOTO YENİLƏNİB

23 Aprel 2025 10:51see113

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see112

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir YENİLƏNİB

24 Aprel 2025 14:57see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri