Icma.az
close
up
RU
Vüqar Rəhimzadə: Partiyalara ayrılan maliyyənin artırılması siyasi sistemin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək

Vüqar Rəhimzadə: Partiyalara ayrılan maliyyənin artırılması siyasi sistemin daha da təkmilləşdirilməsinə müsbət təsir göstərəcək

Demokrat.az saytına istinadən Icma.az xəbər verir.

Ölkəmizin sosial-iqtisadi inkişafının əsas göstəricilərindən biri dövlət büdcəsidir. Hazırkı dövrdə ölkə mətbuatında əsas müzakirə mövzularından biri üçüncü oxunuşda qəbul olunan “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi və büdcə zərfinə daxil olan qanun layihələridir.  Dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri üzrə 40 milyon manat məbləğində artım istiqamətində dəyişiklik edilir. Dövlət büdcəsinin gəlirləri növbəti il üçün 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407 milyon 600 min manat nəzərdə tutulur. Gələn ilin büdcəsi də sosialyönümlülüyü ilə diqqəti cəlb edir. Dövlət büdcəsindən ayırmalara diqqət yetirdikdə ölkəmizin hərtərəfli inkişafının prioritetliyinin özünü aydın şəkildə nümayiş etdirdiyini görgmək mümkündür. Şübhəsiz, dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri də  demokratik və iqtisadi islahatların vəhdətinin qorunmasıdır. Demokratik inkişafın göstəricilərindən biri isə  siyasi partiyaların  fəaliyyəti üçün zəruri addımların atılmasıdır.
Siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində gücləndirilməsi bu gün Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Tarixi Zəfərimizin reallıqları həyatımızın bütün sahələrində yeniləşməni, təkmilləşməni qaçılmaz etdi. Ötən ildən qüvvəyə minən yeni  “Siyasi partiyalar haqqında” Qanun  da bunun təsdiqidir. Hər yeni sənəd təbii ki, qarşıdakı dövr üçün hədəfləri, çağırışları özündə ehtiva edir. Bu baxımdan hər bir ölkənin inkişafında, beynəlxalq əməkdaşlığın  möhkəmlənməsində mühüm rol oynayan siyasi partiyaların fəaliyyətinin təkmilləşdirilməsi Azərbaycan iqtidarının diqqət göstərdiyi əsas məsələlər sırasındadır. Azərbaycanda 50-dən artıq siyasi partiyanın qeydiyyatdan keçməsi, onların fəaliyyətləri üçün normal şəraitin yaradılması da demokratik inkişafın təqdimatında öz sözünü deyir. Yeni Qanunun  tələblərinə uyğun olaraq hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir. Bu hüquq yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Ölkəmizdə dövlət qeydiyyatından keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir. Ümumilikdə  yeni Qanun müasir dövrün bütün reallıqlarını, tələblərini özündə əks etdirir.
Demokrat.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, gələn ilin dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsait artırılıb. Siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsait bir milyon manat və ya 20 faiz artırılır.  Bu ilin sentyabr ayında müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən  parlament seçkilərində qeydiyyatda olan siyasi partiyaların 25-i iştirak edib. Onların 11-i parlamentdə təmsil olunur. Bu rəqəm Azərbaycanın demokratik inkişafının, eyni zamanda, siyasi partiyaların ölkədə gedən proseslərdə fəal iştirakının mühüm göstəricilərindən biridir.  2024-cü ilin büdcəsindən partiyalar üçün 5 milyon manat vəsait ayrılmışdı. Gələn il üçün bu vəsaitin 6 milyon manata çatdırılması müsbət addımdır. Ümumilikdə siyasi partiyaların maliyyə imkanlarının artırılması onların fəaliyyət istiqamətlərinin genişləndirilməsinə stimul verir. Dövlət büdcəsindən maliyyələşmə şəffaflığın təminatında da öz sözünü deyir.
Milli Məclisin deputatı bildirib ki, partiyaların maliyyə imkanlarının artırılması ölkədə siyasi sistemin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərəcək. Dövlətə, dövlətçiliyə xidməti fəaliyyətinin önündə saxlayan siyasi partiyalar tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqlar əsasında qarşıya qoyulan hədəflərin gerçəkləşdirilməsinə öz töhfələrini verməyə səy göstərirlər. 44 günlük İkinci Qarabağ müharibəsi zamanı bu birlik, həmrəylik özünü aydın şəkildə nümayiş etdirdi. Həmin vaxt 50-dən artıq siyasi partiyanın dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü siyasətə dəstəklərini özündə ehtiva edən bəyanatı imzalaması diqqətdən kənarda qalmadı. Bunun ardınca 2021-ci ilin 5 mart tarixində keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiya YAP-a qoşulmaq barədə qərar qəbul etdi.
Millət vəkili onu da əlavə edib ki, dövlət büdcəsindən maliyyələşmədə əsas hədəflərdən biri də  siyasi partiyaların maliyyəsində şəffaflğın təmin edilməsidir. Çoxpartiyalı parlamentin formalaşması da özündə əsas məqamları açıqlayır. Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılır və bu proses davamlıdır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 Dekabr 2024 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see263

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see229

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see217

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see193

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see181

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see169

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see156

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see155

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see149

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri