Icma.az
close
up
RU
Vüsal İsgəndərli: “Yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək”

Vüsal İsgəndərli: “Yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək”

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Boluspor"dan ayrılan Vüsal İsgəndərli Apasport.az saytına müsahibə verib. 

- Mövsümü "Boluspor"da keçirdin. Super Liqaya çıxmaq yolunda addımlar atsanız da, sonda alınmadı. Səncə, niyə bu dəfə də uduzduz və Super Liqaya yüksələ bilmədiz? 
- "Boluspor"da iki ildə 2 dəfə pley-off oynamaq şansı qazandıq. Məncə, bu bizim üçün uğurlu nəticələrdir. "Bandırmaspor"la yarımfinal görüşünün ilk matçında heç şansımız gətirmədi. Ona görə sonda uduzduq. 

- Ötən mövsüm və bu mövsümü müqayisə etsən, daha çox hansı sezondakı performansından razı qaldın?
- Mən "Boluspor"dakı mövsümlərimi dəyərləndirsəm, hər iki mövsüm fərqli mövqelərdə oynamışam. Fərqli təcrübələr qazanmışam. Bəli, istədiyim kimi olmadı. Ancaq bu da özüm üçün bir təcrübə oldu. 

- Bu mövsüm sənin üçün ən yaddaqalan matç, hadisə hansı oldu? Ölkə kubokunda "Qalatasaray"a qol vurmağın ola bilər. Ümumiyyətlə, həmin qoldan sonra həm tanınmaq, həm də təklif baxımından müsbət tərəfi oldumu?
- Əslində, "Qalatasaray"a qol vurmaq gözəl hiss idi. Əlbəttə ki, qollarımın daha çox olmağını istəyirdim. Liqada da belə olmasını istəyərdim. Ancaq istədiyim kimi olmadı. Mövsümün ikinci yarısında daha çox oynadım. Oynadığım matçlarda daha çox assistlər etdim, qollar vurdum. 

- "Boluspor"la müqavilə müddətin 2026-cı il iyunun 30-na qədər idi, amma komandada qalası olmadın. Səbən nə idi?
- Bəli, yüksək ehtimalla " Boluspor"dan ayrılacam. Karyeramı ölkə xaricində davam etdirəcəm.

- Bildiyim qədərilə, sənə Bosniya və Herseqovina, Albaniya, Türkiyə, Azərbaycan klublarından təkliflər var idi. Həmin təkliflərə hansı cavabı verdin? Bütün təklifləri geri çevirmisən, yoxsa bu ölkələrə yollanmağın mümkündür?
- Bəli, mümkündür. Yəqin ki, yaxın vaxtlarda hər şeyə aydınlıq gələcək. 

- Yeni mövsümdən Azərbaycan Premyer Liqasında legioner limiti ləğv ediləcək. AFFA İcraiyyə Komitəsinin bu qərarı ilə bağlı fikrin necədir? Səncə, yerli futbolçular belədə, xaricə yollana biləcək, yoxsa, xaricdə bizim futbolçuları transfer etmək istəyən klublar çox azdır?
- Bunun haqda çox şey deyə bilmərəm. Çünki yerli oyunçular üçün həqiqətən də çətin olacaq. 

- Əsas məsələ, milli komanda. Fernandu Santuş səni milli komandaya dəvət etmir. Səncə, Santuş səni izləyir? Mİlli komandaya dəvət edilməməyini nə ilə əlaqələndirirsən?
- Santuşun məni izlədiyini bilirəm. Daha çox oynayıb, milli komandaya yenidən qayıdacağıma əminəm. Fernandu Santuşun qərarına hörmətlə yanaşıram. Azərbaycan millisində daim oynamaq istəyirəm.

Latviya millisinin sabiq üzvü: “Azərbaycan ciddi rəqibdir” Aqil Nəbiyev: “Uşaqlara güvənmək lazımdır” Millimiz Qazaxıstanı məğlub edib Emin Mahmudov: “Qələbə qazanacaq keyfiyyətə malik futbolçularımız var” Fernandu Santuş: “Bütünlüklə sabahkı oyuna köklənmişik”
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 İyun 2025 23:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri