Vüsal İsgəndərlinin komandası liderlik mübarizəsində xal itirdi
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərlinin çıxış etdiyi “Malişeva” Kosovo çempionatında növbəti oyununu keçirib.
İdman.Biz xəbər verir ki, komanda Superliqanın doqquzuncu turunda doğma meydanda “Priştina”nı qəbul edib. “Liman Gegaj” stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Meydan sahibləri 29-cu dəqiqədə Cemal İbişinin fərdi ustalıq hesabına vurduğu qolla önə keçiblər. Qonaqlar isə 76-cı dəqiqədə Assan Diattanın dəqiq yerinə yetirdiyi penalti sayəsində hesabı bərabərləşdiriblər.
Vüsal İsgəndərli qarşılaşmaya start heyətində başlayıb.
Bu nəticədən sonra “Malişeva” 20 xalla turnir cədvəlində liderliyini qoruyub. Komanda doqquz oyunda altı qələbə, iki heç-heçə və bir məğlubiyyətlə yadda qalıb.
Eyni xala malik “Priştina” isə ikinci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi hələ məğlubiyyətlə üzləşməyib və “Drita” ilə təxirə salınmış bir oyunu var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 16 Oktyabr 2026 00:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















