Icma.az
close
up
RU
Vyanada 9 cu OPEC Beynəlxalq Seminarı keçirilir

Vyanada 9 cu OPEC Beynəlxalq Seminarı keçirilir

Icma.az bildirir, Azertag portalına istinadən.

Vyana, 5 iyul, AZƏRTAC

Bu gün Avstriyanın paytaxtı Vyana şəhərində 9-cu OPEC Beynəlxalq Seminarı işə başlayır. AZƏRTAC-ın da rəsmi media tərəfdaşı kimi iştirak etdiyi seminar ”Birgə yol xəritəsi: Qlobal enerjinin gələcəyi” başlığı ilə keçirilir.

AZƏRTAC xəbər verir ki, qlobal enerji sənayesinin aparıcı tədbirlərindən biri sayılan bu seminarda OPEC və qeyri-OPEC ölkələrinin nazirləri, digər enerji istehsal edən və istehlak edən dövlətlərin nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri, enerji şirkətləri və maliyyə qurumlarının rəhbərləri, eləcə də sənaye liderləri, siyasətçilər, mütəxəssislər, alimlər və jurnalistlər iştirak edirlər.

Müasir formatda əsası 2001-ci ildə qoyulan seminarın məqsədi qlobal enerji sənayesinin əsas mövzularını müzakirəyə çıxarmaq, mövcud, yeni dialoq və əməkdaşlıq yollarını inkişaf etdirmək, təqdimat və panel müzakirələr vasitəsilə enerji sənayesinə qısa, orta və uzunmüddətli perspektivdə təsir göstərən amil və mövzulara müxtəlif prizmalardan yanaşmaları bir araya gətirməkdir.

Bu il OPEC-in yaranmasının 65 illik yubileyi ilə əlaqədar təşkilat komitəsi tərəfindən seminara xüsusi hazırlıq görülüb, ikigünlük seminar çərçivəsində nazirlər səviyyəsində sessiyalar, yüksək səviyyəli dəyirmi masalar, mükafatlandırma mərasimləri təşkil olunacaq.

Azərbaycanı seminarda energetika naziri Pərviz Şahbazov və Prezidentin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev təmsil edirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 İyul 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri