Icma.az
close
up
RU
Vyetnam kimi müstəmləkəsi olan xalqlar soyqırım edən Fransanın Ermənistana dəstəyi təəccüblü deyil

Vyetnam kimi müstəmləkəsi olan xalqlar soyqırım edən Fransanın Ermənistana dəstəyi təəccüblü deyil

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Cənub-Şərqi Asiyada Hind-Çin yarımadasının şərq kənarında yerləşən Vyetnam 19-cu əsrdən bəri Fransız müstəmləkəçiliyi altında idi. İkinci Dünya Müharibəsi zamanı Yapon qoşunları Vyetnamı işğal etdi. Həm Yapon işğalçılarına, həm də Fransa müstəmləkə administrasiyasına qarşı mübarizə aparmaq üçün Çin və Sovet kommunizmindən ilhamlanan siyasi lider Ho Şi Min Vyetnam Müstəqilliyi Liqasını və ya Vyetnam Müstəqilliyi Liqasını yaratdı. 1945-ci ildə İkinci Dünya Müharibəsində məğlub olduqdan sonra Yaponiya öz qüvvələrini Vyetnamdan çıxardı və Fransada təhsil almış imperator Bao Dai nəzarətdə saxladı. Nəzarəti ələ keçirmək fürsətini görən Ho Vyetnam qüvvələri dərhal ayağa qalxaraq şimaldakı Hanoy şəhərini ələ keçirdilər və Ho-nun prezident olduğu Vyetnam Demokratik Respublikasını (DRV) elan etdilər. Bölgəyə nəzarəti bərpa etmək istəyən Fransa İmperator Baonu dəstəklədi və 1949-cu ilin iyulunda paytaxtı Sayqon şəhəri olmaqla Vyetnam dövlətini qurdu. Hər iki tərəf eyni şeyi istəyirdi: vahid Vyetnam. Lakin Ho və onun tərəfdarları digər kommunist ölkələrindən nümunə götürülmüş bir millət istədikləri halda, Bao və bir çoxları Qərblə sıx iqtisadi və mədəni əlaqələri olan Vyetnam istəyirdilər. Veteranlar Administrasiyasının sorğusuna görə, Vyetnamda xidmət edən 3 milyon əsgərdən təxminən 500,000-i post-travmatik stress pozğunluğundan əziyyət çəkirdi və veteranlar arasında boşanma, intihar, alkoqolizm və narkomaniya nisbətləri nəzərəçarpacaq dərəcədə yüksəkdir.

Vyetnam müharibəsi nə vaxt başladı? Vyetnam Müharibəsi və ABŞ-ın müharibədə fəal iştirakı 1954-cü ildə başladı, baxmayaraq ki, regionda davam edən münaqişə bir neçə onilliklərə qədər uzanmışdı. Ho-nun kommunist qüvvələri şimalda hakimiyyəti ələ keçirdikdən sonra şimal və cənub orduları arasında silahlı qarşıdurma şimal Vyetminin 1954-cü ilin mayında Dien Bien Phu döyüşündə həlledici qələbəsinə qədər davam etdi. Döyüşdə fransız itkisi, demək olar ki, bir əsrlik Fransız müstəmləkəçiliyinə son qoydu.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri, Milli Məclisin deputatı Arzuxan Əlizadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vyetnam onilliklər boyu Fransanın müstəmləkəsi olub və müstəmləkə olduğu dövrdə Fransa tərəfindən Vyetnam xalqına qarşı misli görünməmiş qəddarlıqlar, misli görünməmiş cinayətlər həyata keçirilib.

Arzuxan Əlizadə / Foto: amip.az

“Vyetnam xalqını guya maarifləndirmək adı altında xalqı o qədər ciddi əzablara məhrum ediblər ki, həbsxanalarda, hətta gilyatinlərdən müxtəlif işgəncə vasitələrindən istifadə edilməklə Vyetnam xalqının müqavimətini qırmağa və onu öz müstəmləkəsi olaraq saxlamağa yönəlmiş siyasət yürüdülüb. Bu gün muzey kimi istifadə olunan “Hanoy” həbsxanasında bütün o dövrün alətləri nümayiş etdirilməkdədir.

Fransa müstəmləkə altında saxladığı dövr ərzində Vyetnamın bütün yeraltı və yerüstü sərvətlərini sümürüb aparıb. Fransanın özünün zənginləşdirilməsi üçün bu ölkədən bir vasitə olaraq istismar vasitəsi olaraq istifadə edilib. Uzun illər ərzində xalqın başını qaldırmağa imkan verilməyib və bununla bağlı çoxlu tarixi faktlar mövcuddur”-deyən Arzuxan Əlizadə qeyd edib ki, eyni zamanda o dövrün sənədləri saxlanılmaqdadır.

“Məhkəmələrdə haqsızlıq, ədalətsizlik, hökm sürüb. Vyetnamlıları öldürməklə, onları qətlə yetirməklə sonradan mühakimə olunmaq üçün cəlb edilən fransızlar buraxılıblar. Onlara haqq qazandırılıb və açıq-aşkar məhkəmə proseslərində hakimiyyəti saxlamaq üçün vyetnamlıların guya “Fransaya qarşı hər hansı bir atacağı addımın qarşısını almaq üçün belə qərarlar verilib” deyə ifadələr olub. Məhkəmə sənədlərində bunlar saxlanılır və həmin amansızcasına vyetnamları qətlə yetirən və cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılmalı olan fransızlar sərbəst buraxılıb. Təbii ki, buna sonsuza qədər vyetnam xalqı dözə bilməzdi və nəhayətdə 1945-ci ildə Vetnam xalqı fransız müstəmləkəçilərinə qarşı ciddi azadlıq mübarizəsi oldu və müharibə ilə davam etdi. Bu müharibə doqquz il davam etdi və faktiki olaraq həmin dövrdə Fransa müstəmləkəçiləri tərəfindən vyetnam xalqına əvvəlkilərdən daha artıq şiddət göstərilməsinə, amansızlıqla, onların azadlıq mübarizəsini yatırılmağa yönəlmiş addımlar atılmasına baxmayaraq, nəhayət etibarilə 1954-cü ildə Vyetnam xalqının qələbəsi ilə nəticələndi. Bu azadlıq mübarizəsi də Vyetnamda fransız, Fransa müstəmləkəçiliyinə nəhayət ki, son qoyulmuş oldu və əslində təkcə vyetnamlıların deyil, eləcə də Şimali Afrika xalqlarının və müstəmləkə qismində əzdiyi xalqların və dövlətlərin haqqını yemiş, onlara qarşı böyük haqsızlıqlar etmiş və bu prosesdə müstəmləkə əyalətlərində milyonlarla insanın qətlə yetirilməsinə Fərman vermiş və bu qətliamları həyata keçirmişdir. Soyqırımları həyata keçirmiş Fransa bu gün də öz təəssüflər olsun ki, bu müstəmləkə mahiyyətini bir çox hallarda büruzə vermiş olur”-deyən deputat vurğulayıb ki, biz bunu təcavüzkar Fransanın Ermənistana verdiyi dəstəklə görürük.

“Faktiki eyni mahiyyət daşımaları səbəbi ilə həm də ermənilərə, ermənilərin təcavüzkar siyasətinə 30 il ərzində dəstək verilib və bu gün də dəstək verilməkdədir. Bu gün də hazırkı hakimiyyətin Makron administrasiyasının yürütdüyü siyasət əslində, Azərbaycan və Ermənistan münasibətlərinin yaxşılaşmasında deyil, bir qədər də gərginləşməsinə yönələn addımlar kimi qiymətləndirilir. Regionda sülhə və sabitliyə çox ciddi təhdid yaratmaqdadır. Fransanın həyata keçirdiyi siyasət erməniləri yenidən silahlandırmaq, onları revanşist addımlar atmağa təhrik etmək siyasəti təbii ki, Fransanın əvvəlki dönəmlərdə təcavüzkar müstəmləkəçi siyasətinin əslində bir davamı olaraq da qiymətləndirilə bilər. Bu mənada Fransa zamanında insanlığa, bəşəriyyətə qarşı çox böyük cinayətlərlə müşayiət olunan müstəmləkəçilik siyasəti fonunda bu gün ermənilərə verdiyi dəstək də əslində elə də təəccüblü görünməməlidir”-deyə Arzuxan Əlizadə bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 23:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see224

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see210

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see188

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see167

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see161

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see159

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see156

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see152

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see151

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see150

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see148

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see144

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see139

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see139

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see136

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see136

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see135

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri