Icma.az
close
up
RU
Vyetnam liderinin ölkəmizə səfəri əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradacaq

Vyetnam liderinin ölkəmizə səfəri əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradacaq

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Qlobal güc mərkəzlərinin dəyişdiyi bir zamanda Vyetnam kimi inkişaf etmiş Asiya ölkəsinin Cənubi Qafqaz regionun güclü aktoru Azərbaycan ilə münasibətlətini inkişaf etdirməkdə maraqlı olması diqqətçəkicidir. 
Bu mənada Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Bakıya səfəri rəsmi Hanoyun regional siyasətə marağının artdığını göstərir. Eyni zamanda, səfər çərçivəsində imzalanan sənədlərin ikitərəfli münasibətlərin yüksəlişinə yeni zəmin yaradacağı şübhə doğumur. 

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. Deputat bildirib ki, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanat”ın imzalanması tarixi hadisə oldu.

Birgə Bəyanatı strateji tərəfdaşlıq səviyyəsinin təsdiqi kimi qiymətləndirmək olar. Çünki bununla hər iki ölkə ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək barədə razılığa gəldilər. Şübhəsiz, bu bəyanat siyasi dialoqun gücləndirilməsinə xidmət etməklə yanaşı, tərəflərin daimi yüksək səviyyəli təmaslar qurmasına və qarşılıqlı səfərlərin təşviqinə müsbət təsir göstərəcək.

Bununla yanaşı, strateji tərəfdaşlıq bəyanatı həm də Azərbaycan və Vyetnam arasında qarşılıqlı etimadın və siyasi dialoqun yüksək səviyyədə olduğunu göstərir. Bu, hər iki ölkənin bir-birini mühüm və etibarlı tərəfdaş kimi qəbul etdiyinin sübutudur. Eyni zamanda, strateji tərəfdaşlıq bəyanatı Azərbaycan və Vyetnam arasında əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi üçün bir çərçivə yaradır. Bu, sadəcə diplomatik münasibətlərin möhkəmləndirilməsi deyil, həm də iki ölkə arasında iqtisadi, siyasi və mədəni əlaqələrin əhəmiyyətli dərəcədə inkişafını nəzərdə tutur.

Həmçinin strateji tərəfdaşlıq Azərbaycanın və Vyetnamın öz xarici əlaqələrini şaxələndirmək səylərinin bir hissəsidir və hər iki ölkənin beynəlxalq arenada daha geniş əməkdaşlıq qurmaq istəyini göstərir. Strateji tərəfdaşlıq, adətən, ölkələr arasında uzunmüddətli perspektivə hesablanmış, geniş spektrli sahələrdə dərinləşdirilmiş əməkdaşlığı və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini ehtiva edir. Buna görə də, Birgə Bəyanat, əminliklə demək olar ki, iki ölkənin qarşılıqlı maraqlarına cavab verən, uzunmüddətli və hərtərəfli əməkdaşlığa sadiqliyini nümayiş etdirən fundamental bir sənəddir. Bunun tam və effektiv icrası ikitərəfli münasibətlərin konkret nəticələrlə zənginləşməsinə və hər iki xalqın rifahına töhfə verəcək. Bununla yanaşı Azərbaycan və Vyetnam arasında müxtəlif sahələri əhatə edən bir sıra sənədlər də imzalandı ki, bu da iqtisadiyyat, ticarət, enerji və mədəniyyət sahələrində əməkdaşlığın inkişafını hədəfləyir. 

Deputat sonda qeyd edib ki, Vyetnam liderinin ölkəmizə səfəri və imzalanmış sənədlər ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsinə zəmin yaradacaq. Strateji tərəfdaşlıq statusu iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açır və eyni zamanda Cənubi Qafqaz regionunun geosiyasi mənzərəsinə yeni aspektlər əlavə edir. Cənab To Lamın Bakıya səfəri, sadəcə, iki ölkə arasında münasibətlərin inkişafı deyil, həm də Asiya və Avrasiyanın yeni geosiyasi əlaqələnməsi kimi qiymətləndirilə bilər. Şübhəsiz, bu səfər Azərbaycan diplomatiyasının yeni geosiyasi çoxqütblülüyünün daha bir təsdiqidir və ölkəmizin iqtisadi əməkdaşlıq, dostluq münasibətlərinə açıq olduğunun təzahürüdür. Eyni zamanda, bu səfər Azərbaycanın geniş spektrli əməkdaşlıq diplomatiyasına öz müsbət təsirini göstərərək ölkəmizin geosiyasi aktor kimi nüfuzunu daha da artırır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri