Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

WhatsApp vasitəsilə yayılır, məlumatları ələ keçirir

WhatsApp vasitəsilə yayılır, məlumatları ələ keçirir

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Braziliya mərkəzli "SORVEPOTEL" adlı yeni zərərli proqram "WhatsApp" üzərindən göndərilən fişinq mesajları ilə "Windows" sistemlərinə yoluxur. Sistemə bulaşan zərərli proqram istifadəçilərin məlumatlarını ələ keçirərək bank məlumatları olmaqla, bir çox digər məlumatları da qeydə alır.

Metbuat.az xəbər verir ki, kibermühafizə mütəxəssisləri korporativ şəbəkələri hədəf alan və əsas kanal kimi "WhatsApp"dan istifadə edərək sürətlə yayılma qabiliyyətinə malik olan yeni zərərli proqram aşkar ediblər. Əvvəlcə ötən ayın əvvəlində Braziliyadakı təşkilatları hədəf alan "SORVEPOTEL" adlı proqram, sosial mühəndisliyi avtomatik yayılma ilə birləşdirir.

"Trend Research" tərəfindən yayımlanan məlumatlara görə, aşkar edilən 477 virus hadisəsinin 457-si Braziliyada cəmləşib. Hücumdan ən çox zərər çəkənlər dövlət qurumları və xidmətləri olsa da, istehsalat, texnologiya, təhsil və tikinti sektorundakı şirkətlər də hədəflər arasındadır.

"SORVEPOTEL" necə yayılır?

"SORVEPOTEL"in yayılma prosesi qurbanın "WhatsApp" üzərindən iş yoldaşından və ya dostundan gələn etibarlı şəxs qiyafəsində fişinq mesajı ilə başlayır. Portuqal dilində yazılan bu mesajlarda "ZIP-i endir və aç" kimi yönləndirmələr olur.

"Cyber Security News" portalının xəbərinə görə, mesajlarda faktura və ya büdcə sənədi təəssüratı yaradan adlara malik sıxılmış fayllar (".zip") olur. Bəzi hallarda e-poçtun da alternativ yayılma kanalı kimi istifadə edildiyi müəyyən edilib.

İstifadəçi zərərli "ZIP" arxivini açdıqda, günahsız bir sənəd kimi görünən, lakin əslində "Windows" qısa yol faylı (".LNK") olan tələ ilə qarşılaşır. Bu "LNK" faylları zərərsiz göründükləri üçün antivirus proqramlarının əsas yoxlamalarından qaça bilirlər. Fayl işə salındıqda, fon rejimində gizli pəncərədə "PowerShell" və ya əmr sətri skripti aktivləşdirilir. Bu skript hücum edənlərin nəzarətində olan müxtəlif domen adlarından əsas zərərli yükü endirir.

Endirilən əsas yük, adətən "Windows"un başlanğıc qovluğuna özünü köçürən toplu əmr skripti (".BAT") olur. Bu sayədə proqram hər dəfə kompüter yenidən işə salındıqda avtomatik işləyərək sistemdə daimi qalır.

"WhatsApp Web" sessiyalarını ələ keçirir

"SORVEPOTEL"i digər zərərli proqramlardan fərqləndirən ən əsas xüsusiyyət, yoluxduğu kompüterdəki aktiv "WhatsApp Web" sessiyalarını skan etməsidir. Təsdiqlənmiş bir sessiya aşkar etdikdə, eyni zərərli "ZIP" faylını ələ keçirdiyi hesabın bütün kontaktlarına və qruplarına avtomatik olaraq göndərir. Bu avtomatik yönləndirmə mexanizmi, proqramın sürətlə yayılmasına səbəb olur.

Hücum edənlər əməliyyatlarının izinə itirmək üçün çoxqatlı gizlətmə (obfuscation) strategiyasından istifadə edirlər. İcra edilən əmrlər müxtəlif şifrələmə və kodlama qatları ilə gizlədilir.

Müdafiə üsulları

"SORVEPOTEL" hücumu, məşhur mesajlaşma platformalarının sui-istifadə edilərək nə qədər sürətli və effektiv bir yayılma vasitəsinə çevrilə biləcəyini bir daha ortaya qoyub.

"GBHackers" kibermühafizə portalı, təşkilatlara güclü fişinq mühafizə sistemləri qurmağı, icazəsiz qısa yol fayllarının işə salınmasını əngəlləyəcək təhlükəsizlik siyasətləri tətbiq etməyi və "WhatsApp Web" kimi platformalarda qeyri-adi fəaliyyətləri izləməyi tövsiyə edir. Həmçinin, işçilər üçün mütəmadi kibermühafizə məlumatlandırma təlimlərinin keçirilməsi ən kritik müdafiə xətlərindən biri hesab olunur. İstifadəçilərin, xüsusilə tanışlarından gəlsə belə, mesajlaşma tətbiqləri vasitəsilə gələn şübhəli fayl əlavələrini açarkən son dərəcə ehtiyatlı olmaları məsləhət görülür.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 07 Oktyabr 2025 00:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see381

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see374

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see357

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see344

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see247

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see242

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see241

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see234

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see234

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see227

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see221

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see217

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see215

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see209

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see202

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see186

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see183

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see173

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see163

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri