Icma.az
close
up
RU
WSJ: Avropa Rusiya ilə təkbaşına vuruşmaq zorunda deyil

WSJ: Avropa Rusiya ilə təkbaşına vuruşmaq zorunda deyil

Azvision saytına istinadən Icma.az xəbər verir.

AzVision.az bildirir ki, belə proqnoz verən “The Wall Street Journal (WSJ)” nəşrinin iddiasına görə, Avropa ordularında strateji aviasiya, hava hücumundan müdafiə (HHM), kəşfiyyat imkanları və qoşunların idarəetmə sistemləri yoxdur. Bu funksiyaları əsasən ABŞ yerinə yetirir ki, bu da Avropanın təhlükəsizliyini Vaşinqtondan asılı vəziyyətə salır.
“Avropa İttifaqının (Aİ) hərbi sənayesi silah istehsalının artırılmasının öhdəsindən gələ bilmir, çünki Ukraynaya xeyli miqdarda texnika ötürülür və onların dəyişdirilməsi ləng gedir. NATO-nun baş katibi Mark Rütte daha əvvəl etiraf etmişdi ki, Avropa müdafiə sənayesi çox parçalanıb və astagəldir”, - qəzet yazır.
Bununla belə, NATO-nun Ukrayna sərhədi yaxınlığındakı təlimlərinə və hərbi xərclərin artmasına baxmayaraq, alyans ABŞ olmadan müdafiə məqsədlərinə çatmaq üçün mübarizə aparacaq. Alyansın fevral ayında keçirdiyi manevrlərdə 10 min NATO əsgəri iştirak etsə də, ABŞ öz qüvvələri buna qatılmayıb.
London və Paris Rusiyaya zərbə endirməyə hazırdırlar WSJ qeyd edir ki, bu baxımdan Avropa ölkələri ABŞ olmadan öz təhlükəsizliklərinin təminatı imkanlarını müzakirə etməyə başlayıblar, lakin hələlik onlar Amerika texnologiyasından və hərbi rəhbərliyindən asılı olaraq qalırlar.
Buna baxmayaraq, “Associated Press (AP)” agentliyinin məlumatına əsasən, Böyük Britaniya və Fransa Moskvanın Ukraynada atəşkəsi pozacağı təqdirdə Rusiyanın hərbi obyektlərinə zərbələr endirmək imkanını nəzərdən keçirir.
Xatırladaq ki, Donald Tramp dəfələrlə NATO-nu tənqid edərək, Avropanın daha çox müdafiə xərclərini üzərinə götürməyəcəyi təqdirdə ABŞ-nin NATO-dan çıxması ilə hədələyib. ABŞ prezidenti Ağ Evə qayıtdıqdan sonra NATO ölkələrindən hərbi büdcələrini ÜDM-in 5%-ə çatdırmağı tələb edib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://azvision.az
archiveBu xəbər 13 Mart 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri