Xaçmaz rayonunda yol qəzasında piyada ölüb, sərnişinlər yaralanıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com saytına istinadən Icma.az xəbər verir.
Xaçmaz rayonun Yergüc kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report”un Şimal bürosunun məlumatına görə, Xaçmaz – Quba avtomobil yolunun Yergüc kəndindən keçən hissəsində Üçgün kənd sakini 1970-ci il təvəllüdlü Hafizov Elçin Bahəddin oğlu yolu keçərkən "Opel” markalı minik avtomobili onu vurub.
E.Hafizov aldığı müxtəlif dərəcəli xəsarətlərdən hadisə yerində ölüb.
Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Avtomobildə olan sərnişinlər – 1989-cu il təvəllüdlü İbrahimov Eldəniz Musa oğlu və 2006-cı il təvəllüdlü Həsənov Səbuhi Babək oğlu müxtəlif dərəcəli xəsarətlər ilə xəstəxanaya aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 09 Noyabr 2024 22:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















