Icma.az
close
up
RU
Xaçmazdakı təsərrüfatlarda ötən il süni mayalanma yolu ilə 4 min başdan çox cins buzov doğulub AZƏRTAC

Xaçmazdakı təsərrüfatlarda ötən il süni mayalanma yolu ilə 4 min başdan çox cins buzov doğulub AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Xaçmaz, 15 yanvar, Elxan Yusifli, AZƏRTAC

Ötən il Xaçmaz rayonunda fərdi təsərrüfatlarda 6 min 481 baş inək və düyə süni yolla mayalandırılıb. Süni mayalanma yolu ilə alınan buzovların sayı isə 4007 baş olub.

Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən (DAİM) AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, son illər rayonda heyvandarlıq məhsullarının istehsalını intensiv yolla artırmaq üçün ciddi tədbirlər görülür. Xaçmazlı fermerlər heyvanların cins tərkibinin yaxşılaşdırılmasında mühüm rol oynayan süni mayalanmaya üstünlük verirlər. Məhz bu səbəbdən rayonda süni mayalandırılan heyvanların sayı ilbəil artır.

Fərdi təsərrüfatlarla yanaşı, rayonda yerləşən iri heyvandarlıq komplekslərində də mal-qaranın süni mayalandırılması işləri aparılır. 2024-cü ildə “Yalama Aqropark”da 3280 baş, “Xaçmaz Aqropark”da isə 1080 baş inək və düyə süni yolla mayalandırılıb. Təsərrüfatlarda ümumilikdə 1887 buzov doğulub.

Azərbaycan Prezidentinin “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” 2015-ci il 19 avqust tarixli Sərəncamına əsasən, süni mayalanma yolu ilə doğulmuş hər baş buzova görə heyvan sahibinə 100 manat məbləğində subsidiyanın verilməsinə başlanılandan sonra xaçmazlı fermerlərin süni mayalandırma tədbirlərinə marağı xeyli artıb. Süni mayalandırılan heyvanlar yerli cinslərə nisbətən daha tez inkişaf edir. Cins tərkibinin yaxşılaşdırılması məqsədilə toxum əsasən Niderland, Almaniya və Rusiyadan gətirilir. Xaçmaz rayonunda heyvanların süni mayalandırılması üzrə ixtisaslaşan 11 mütəxəssis fəaliyyət göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri