Icma.az
close
up
RU
Xaçmazlı əkiz bacılar eyni ixtisasa qəbul olublar

Xaçmazlı əkiz bacılar eyni ixtisasa qəbul olublar

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Xaçmaz, 25 avqust, AZƏRTAC

Xaçmaz rayonunun Niyazabad kəndindən olan əkiz bacılar —Selcan və Nurcan Əkbərovalar ali məktəbə qəbul zamanı eyni ixtisası seçərək tələbə adını qazanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əkiz bacılar 2015-ci ildə Niyazabad kənd tam orta məktəbinin birinci sinfinə gediblər. Təhsil müddətində eyni sinifdə oxuyan bacılar bu il həmin məktəbi bitiriblər.

Qəbul imtahanlarında II ixtisas qrupu üzrə iştirak edən Selcan 322 bal, Nurcan isə 317 bal toplayıb. Hər iki bacı Sumqayıt Dövlət Universitetinin Sosiologiya ixtisasına qəbul olub.

Əkizlərin anası Rəna Əkbərova bu hadisənin ailəni çox sevindirdiyini bildirib: “Məncə, bunun heç bir mənfi tərəfi yoxdur. Əksinə, müsbət tərəfləri çoxdur. Birinci sinifdən məktəbə bir yerdə gediblər, bir sinifdə oxuyub, bir məktəbi bitiriblər. İndi də eyni universitetdə bir yerdə olmaları bizim üçün ən yaxşı hadisədir. Özləri də bir-birlərinin həm bacısı, həm də rəfiqəsidirlər. Hər məsələdə eyni fikirdədirlər. Ona görə də eyni universitetə qəbul olmaları, bir yerdə eyni ixtisasda təhsil almaları ailəmiz üçün çox sevindirici haldır”.

Qeyd edək ki, ailədə dörd övlad var. Əkiz bacılar ailənin sonbeşikləridir. Onların anası Rəna Əkbərova xalçaçı, atası isə balıqçıdır.

Müxbir- Elxan Yusifli

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Avqust 2026 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see720

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see295

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see278

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see263

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see247

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see236

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see234

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see228

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see212

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see207

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see195

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see195

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see189

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see188

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see184

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see183

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see182

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see178

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see175

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri