Xalid Ələkbərov: İstismar müddətini bitirmiş 2 000 ə yaxın lift yenisi ilə əvəz olunacaq
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Bakı şəhərində istismar müddətini bitirmiş 2 000-ə yaxın lift yenisi ilə əvəz olunacaq".
Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı şəhər "Lifttəmir" İstehsalat Birliyinin direktoru Xalid Ələkbərov deyib.
Onun sözlərinə görə, bu dəyişiklik, əsasən, köhnə binaları əhatə edəcək:
"Dövlət proqramına uyğun olaraq, Bakı şəhərində bizim xidmətimizdə olan köhnə binaların liftləri yenilənəcək. Son dörd il ərzində 1 206 yeni lift quraşdırılıb, istifadəyə verilib. Ümumiyyətlə, xidmətimizdə isə 5 400 lift mövcuddur".
Xalid Ələkbərov son zamanlar artan lift qəzaları ilə bağlı da danışıb:
"Bizim xidmətimizdə olan liftlərə mütəmadi olaraq monitorinqlər təşkil edirik. Xidmətimizdə olan liftlərdə qəza hallarına rast gəlinməyib".
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 20 Yanvar 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















