Icma.az
close
up
RU
Xalq artisti Ağadadaş Ağayev məhkəmədə: Barışıq mümkündür Qarşı tərəf isə ağır cəza tələb edir (Yenilənib)

Xalq artisti Ağadadaş Ağayev məhkəmədə: Barışıq mümkündür Qarşı tərəf isə ağır cəza tələb edir (Yenilənib)

Icma.az bildirir, Mia.az portalına istinadən.

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Mia.az "Report"-a istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xalq artistinin tərcümeyi halı hakim tərəfindən səsləndirib. O, hüquqlarının müqavilə əsasında müdafiə edən vəkilin prosesə qoşulmasını istəyib. A.Ağayev dövlət hesabına ona təyin edilmiş vəkildən imtina edib.

Məhkəmə dövlət hesabına təyin olunan vəkilin prosesdə iştirakına xitam verib.

Ağadadaş Ağayev jurnalistlərin sualların cavab olaraq bildirib ki, artıq səhhəti normaldır, ona görə də, prosesdə iştirak edir. Xalq artisti "qarşı tərəflə barışıq ola bilərmi?" sualına cavab olaraq "hər şey ola bilər" - deyib.

Nurəddin Cəlilovun müdafiəçisi məhkəməyə vəsatət təqdim edib. O bildirib ki, Ağadadaş Ağayevin atdığı balta təkcə onun yox, orada olan digər insanların həyatına da təhlükə yarada bilərdi.

"Ağadadaş Ağayevin əməlində daha ağır cinayət var. Ona görə də, iş ibtidai istintaqa qaytarılmalı və təqsirləndirilən şəxsə daha ağır ittiham verilməldiri", - vəkil bildirib.

Müdafiəçinin ikinci vəsatəti A.Ağayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı olub.

Dövlət ittihamçısı zərərçəkən Nurəddin Cəlilovun vəsatətlərinin təmin olunması ilə bağlı hər hansı bir əsasın olmadığını bildirib.

Müşavirədən sonra hakim vəsatətini təmin etməyib.

Həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb.

Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva və onun mübahisə etdiyi Nurəddin Cəlilov cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

***

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.

Mia.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə məhkəmə iclası əlaqədər təqsirləndirilən Ağadadaş Ağayev məhkəməyə gəlib. Yaxın dəqiqələrdə məhkəmə prosesi başlayacaq.

Qeyd edək ki, Ağadadaş Ağayevin atdığı baltanın dəydiyi təmizlikçi Nəzakət Paşayeva və onun mübahisə etdiyi Nurəddin Cəlilov cinayət işində zərərçəkən qismində tanınıb.

Xalq artisti Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq- 221.3-cü (silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir(Report).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://mia.az
archiveBu xəbər 14 Noyabr 2024 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri