Icma.az
close
up
RU
Xalq artisti Dövlət Komitəsi sədrinin qəbuluna getdi: “Təşəkkür etmək istədim”

Xalq artisti Dövlət Komitəsi sədrinin qəbuluna getdi: “Təşəkkür etmək istədim”

Icma.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 13-də vətəndaşların növbəti qəbulunu keçirib. Fotolardan məlum olur ki, qəbula gedənlərdən bir də Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Firəngiz Mütəllimova olub.  

 “Yeni Sabah”a danışan sənətçi görüşün məqsədini açıqlayıb:

“Mən Dövlət Komitəsinin “Böyük Qayıdış”la bağlı hazırladığı videoçarxda çəkilmişəm, torpaqlarımızın işğaldan azad olunması, görülən işlər barədə fikirlərini söyləmişəm, Şuşaya qayıtmaq arzumu bildirmişəm, eyni zamanda keçmiş məcburi köçkünlərimizə çağırış etmişəm. Yəqin ki, siz də baxmısınız. Mən sadəcə Rövşən müəllimə təşəkkürümü bildirmək üçün ora getmişdim. Fürsətdən istifadə edib ümumilikdə təşəkkür etmək istədim”.

Xalq artistinin sözlərinə görə, Dövlət Komitəsinin sədri Rövşən Rzayev onu çox mehriban və xoş qarşılayıb:

“Rövşən müəllim məni çox yaxşı qarşıladı. Bu, mənim onunla ilk canlı görüşüm deyildi, əvvəllər də görüşmüşük. Təkcə mənə yox, ümumiyyətlə bütün vətəndaşlara qarşı münasibəti çox müsbət idi. Görüş zamanı ev məsələsi ilə bağlı hər hansı müraciətim olmadı. Çünki özünüz də bilirsiniz ki, yataqxanalarda, uşaq bağçalarında, yarımçıq binalarda, çətin şəraitdə yaşayanlar, şəhid ailələri, qazilər var. İlk növbədə onlar dogma yurdlarına qaytarılır. Ona görə də Şuşaya qayıdıb orada yaşamaq üçün evlə təmin olunmağımla bağlı hələlik müraciətim olmayıb. Amma gələcəkdə əlbəttə ki, ev almaq niyyətim var. Allahın köməyi ilə hər kəs kimi mən də istəyirəm ki, öz torpağımda, öz evimdə yaşayım”.

Firəngiz Mütəllimova vurğulayıb ki, qəbula gedən zaman orada şuşalı qonşusunu, bir məhlədə böyüdüyü, məcburi köçkünlük dövründə Bakıda da eyni küçədə yaşadığı rəfiqəsini də görüb: “Rəfiqəm polis işləyib, polkovnikdir. Həm də şəhid yoldaşıdır. Elə qəbula da bir yerdə keçdik”.

Əsmətxanım Rzazadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Yanvar 2026 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see223

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see203

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see177

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see143

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see142

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see139

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see138

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see131

İngiltərə Kuboku: “Brayton” “Yunayted”i məğlub edib

11 Yanvar 2026 23:01see126

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri