Icma.az
close
up
RU
Xalq artisti ETİRAZ ETDİ: “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm qalmışam, belə haqsızlıq olar?” ÖZƏL

Xalq artisti ETİRAZ ETDİ: “Nazirlik mənimlə maraqlanmır, bilmirlər ki, ölmüşəm qalmışam, belə haqsızlıq olar?” ÖZƏL

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Evdə yataq şəraitindəyəm, vəziyyətim o qədər də ürəkaçan deyil. Özəl xəstəxanada qalmaq havayı deyil ki, pulnandır. Ona görə gəldim evə. Həkimim də yanımdadır, gecə-gündüz onun nəzarətindəyəm. Sağolsun teatrımızın direktoru Əliqismət müəllim mənə zəng vurur, halımı soruşur. Nəyə ehtiyacım olub-olmadığını soruşur.  Məni ruhlandırır, deyir ki, ayağa qalx, gəl yeni tamaşalarda yeni obrazları oyna. Mən ona çox minnətdaram. Xəstəxana xərclərimin ödənilməsində teatrımızın direktoru da təşəbbüs göstərib. Əliqismət müəllimi insan kimi ikinci dəfə kəşf etdim. Nə yaxşı ki, mənim teatrımın belə direktoru var”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Fatma Mahmudova deyib. O daha sonra Mədəniyyət Nazirliyinin diqqətsizliyindən şikayətlənib:

“Xəzər tv-nin direktoru Murad Dadaşov, Kübra Əliyeva, Əkbər Əlizadə, Ələkbər Əliyev, Nahidə Orucova, aktyor Ənvər Məmmədov, aparıcı Lalə Azərtaş tez-tez zəng edib, hal-əhval tuturlar. Nahidə xanımla Ənvər evə də gəlmişdilər. Əməkdar artist Mətanət İsgəndərli də evimdə mənə baş çəkib. Mən onlara təşəkkür edirəm. Elməddin Cəfərov mənim nəinki serialda, həmçinin filmdə də oğlumdur. O da sağ olsun, diqqət göstərir. Bir sənətkara bundan artıq nə lazımdır ki? Gələnlər də sağ olsun, gəlməyənlər də. Məni üzən hal Mədəniyyət Nazirliyinin laqeyd münasibətidir. Bir dəfə nə zəng etdilər, nə də gəlib baş çəkdilər. Yəqin ki, cənab nazirin mənim vəziyyətimdən xəbəri yoxdur. Xəbəri olsaydı belə laqeyd yanaşmazdı. Çünki hər zaman mənim sənətimə və özümə həm dövlətim tərəfindən, həm də Mədəniyyət Nazirimiz tərəfindən qiymət verilib. Mənim kimi xəstə yatağında olan sənətkarlarla yaxından maraqlanmaq lazımdır. Bu vacibdir. Axı biz yaşlı nəsil sənətkarları bu xalqa və mədəniyyətə xidmət etmişik. Bu qədər haqsızlıq, ədalətsizlik olar? 3-5 il çalışana elə diqqət, qayğı göstərirlər ki, adam çaşıb qalır” deyə aktrisa bildirib.

Qeyd edək ki, F.Mahmudova ötən il də insult keçirmişdi. Aktrisa uzun müalicədən sonra səhhətinin düzəldiyini demişdi. O, yanvarın 29-da yenidən insult keçirib və xəstəxanaya yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://moderator.az
archiveBu xəbər 18 Fevral 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see212

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see203

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see190

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see180

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see173

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see163

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see142

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see142

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see141

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see140

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri