Icma.az
close
up
RU
Xalq artisti QƏZƏBLƏNDİ: “Onların etdikləri xəyanətdir, ittiham olunmalıdırlar” MÜSAHİBƏ KONKRET

Xalq artisti QƏZƏBLƏNDİ: “Onların etdikləri xəyanətdir, ittiham olunmalıdırlar” MÜSAHİBƏ KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Televiziya cəmiyyətin aynasıdır və dəvətsiz “qonaq”la hər gün baş-başa qalmaq məcburiyyətindəyik. Bəs sehrli çağırılmamamış “qonaq” nədən danışır və hansı problemlərin həllində bizə yardımçı olur? Bizim “qonaq” evimizə bir qədər fərqli qiyafədə özüylə səs-küy gətirir.

Bu səs-küydə hər gün eyni insanlar, eyni məkanda çalıb oynamağı təbliğ edirlər. Biri itirdiyini axtarır, digəri tapdığının başını əkmək istəyir. Arvad ərini, qaynana gəlinini, ata qızının arxasınca düşüb. Ağlayan kim, hıçqıran kim, özündən gedən kim. Eyni məzmunlu verilişlər bir neçə kanalda yayımlanır və ekspertlər də öz “ağıllı” məsələhətlərini verməkdən ötəri yarışa çıxırlar. İtirib-axtarma qurtaran kimi, ekranları “manıs”lar işğal edir. Hə, vur çatlasın başlayır və elə bil bura 15 dəqiqə əvvəl itənlərə mərsiyə deyən kanal deyilmiş. Kanal palatka toyundan fərqlənmir və ilk dəfə əlinə mikrofon götürən “müğənni”nin yüksək səviyyəli sənətkar kimi təqdimatı gedir. Hər gün eyni mənzərə təkrar olunur və tamaşıçılarda əməlli başlı qıcıq yaranır.

Azərbaycan Respublikasının xalq artisti Əbdül Mahmudov mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.

– Əbdül müəllim, televiziyalara baxırsınız?

– Əlbəttə baxıram. Nəyi təbliğ edirlər, dəhşətdir. Dünyalar qədər sevdiyim bir yazıçı vardı, İsa Muğanna. Əvəzi olmaz dahi şəxsiyyət idi. Muğanna yəhudilərdə, xristianlarda olsaydı Nobel mükafatı alardı və ona heykəl qoyar, fikirlərini məktəblərdə təbliğ edərdilər. Onun gözəl bir sözü var. Deyirdi ki, insanlar başa düşmürlər ki, söz əslində elə insandır. Sözün insan kimi abır-həyası, isməti, paltarı var. Onu məddahlıq, yaltaqlıq, hansısa şəxsi maraqlar naminə istifadə edəndə elə bilin ki, onu soyundurursunuz. Lüt insana baxmaq xoş deyil axı. Sözü də hörmətdən salıb soyunduranda, onun abır-ismətini pozanda cəmiyyətdə əxlaq dəyişir. Dörd müqəddəs dəyər var. Bunlarsız yaşamaq mümkün deyil. Bunlar su, od, torpaq və havadır. Çörəksiz, palratsız, evsiz yaşamaq olar. Amma bu dörd ünsürsüz yaşamaq qeyri mümkündür.

-Deyirsiniz televiziyalar sözü də hörmətdən salıb?

-Bu gün Azərbaycanın faciəsinin səbəbkarı televiziyalardır. Niyə bunlara qadağa qoyulmur, niyə nəzarətə götürülmür? Niyə televiziyalar insanları bu dərəcədə aşağılıyır, mənəviyyatın, əxlaqın, dəyərlərin urvatsız eliyir, başım çıxmır.

– Televiziya deyəndə tamaşaçıların yadına ilk olaraq toyxana müğənniləri düşür. Bəlkə də doqquzuncu sinif təhsili olmayan biri çıxıb efirdə aya 80-90 min manat qazandığını deyəndə cəmiyyətdə çaşqınlıq yaranır. Hər kəs müğənniliyə can atır. Sizcə bu, cəmiyyətin deqradasiyasına gətirib çıxarmayacaq?

-Mən dəfələrlə bu məsələyə münasibnət bildirmişəm. Birmənalı olaraq günahkar özümüzük. Yəni adamlar küyə gedir. Danasını, inəyini satıb balası üçün toy edir, boğazından kəsib “manıs”lara verir. Onların da əksəriyyətinin səsdən, ritmdən xəbərləri yoxdur. Hətta söz və musiqi mədəniyyəti barədə anlayışa malik deyillər. İndi kim bir balaca oxuyursa mikrafonu qapıb cumur efirə. Onları efirə buraxanlar saatlarla həmin adama vaxt ayırırlar. Meyxana şousu efirləri başına götürüb. Vallah bu dərəcədə olmaz.

-Deyirsiniz ki, toy bazarı olmasa bu “müğənniləri” də gördüm deyən tapılmayacaq?

-Bəli, xalq boğazından kəsib balası üçün toy edir və aparıb pulunu verir soyunub əndamını çölə qoyana. İndi oxumağın bir şərti var: arxanı, sinəni şişirt, belini incəlt, botoks edib dar paltar geyinib əndamın bayırda qoy, vəssalam. Sonra neyləyirsən elə. Bu məsələyə qəti mövqe bildirərək dövlətin əlaqədar strukturlarına müraciət edirəm. Küçə oxuyanlarını, toy manıslarını, xalq artistləri, dahi sənətkar kimi təqdim edirlər. Buna ölçü götürülməlidir. Ağzı söz tutmayanı, musiqidən anlayışı olmayanı böyük ustad kimi təqdim edirlər. Bu nə reklamdır, nə təbliğatdır? Niyə belə şeyə yol verilir, niyə qarşısı alınmır?. Bunlar haranın dahi sənətkarları, xalq artistləridir? Xalqı rüsvay, biabır edib pis günə qoyanlardır. Musiqimizi, mənəviyyatımızı, poezyamızı, şeiryatımızı məhv edənlərdir. Niyə bunlara qarşı cəza tədbiri yoxdur. Hələ bunları təbliğ də edirlər.

-Toylara gedirsiniz, orada gördükləriniz sizi qane edir?

-Güc-bəlayla övladı üçün toy etməyə 5-10 manat tapan valideyn aparıb var dövlətinin yarısını qoyur şadlıq evlərində. Onlar da köhnədən qalan yeməkləri sırıyırlar, stolları doldururlar keyfiyyətsiz kolbasalarla, broyler toyuqlarla. Sonra qapıya iki qutu qoyulur. Birinin üstünə “oğlan”, digərinin üzərinə “qız evi” yazırlar. Bu nə ayrı-seçkilikdir? Əgər iki gənc ailə qurursa, onlara dəstək olmalıdır. Toy qurtaran kimi qız tərəfi öz qutusunu bir tərəfə, oğlan tərəfi başqa yana aparır. Bəylə gəlin qalır ehtiyac içində. İki, üç aydan sonra işıq, qaz, su pulu yığılır və eşq məhəbbət unudulur, ailələrin dağılmasının təməli qoyulur. Yəni, problemlər məişətimizdə, ictimai həyatımızda adi hesab etdiyimiz şeylərdən başlayır. Bunun da başında sözsüz ki, xalqımız özü durur. Mən xalq deyəndə hamını nəzərdə tutmuram. Danasını satıb, qalanında borc götürüb uşağının toyuna “manıs” və “manısiçkaları” çağırıb toyunu urvatsız edənlərdən söhbət gedir.

– Bütün bunların başında həmin “manıs”ların reklamı dayanır.

– Əlbəttə, bütün məsuliyyət onları təbliğ edən televiziyaların üzərindədir. Bu il “7 oğul”un 55 illiyidir. Filimin baş qəhrəmanı, Cəlal rolunun ifaçısı Ənvər Həsənov ölüm ayağındadır, can üstədir. Bizim televiziyaların heç biri hələ onun qapısını açıb maraqlanmayıb. Amma televiziyalarda manıslığın təbliği gedir. Atalar deyir, “ho var dağa qaldırar, ho var dağdan endirər”. Əlbəttə hamısı reklamdır. Təbliğata nəzarət olmalıdır. Söhbət xalqdan və milli dəyərlərdən gedirsə, bunlara ciddi nəzarət edilməlidir. Bunların başında dayanan beş-üç nəfər ədəbsiz, əxlaqsız, əndamın açıb ortaya qoyan qadınlar niyə cəzalanmırlar?. Niyə onlara bir ətək pul verib toya çağırırlar? Başım çıxmır bunalrın işi əndamını nümayiş etdirməkdir, yoxsa toyu ədəb-ərkanla yola vermək. Bu nə düşüncə, nə əxlaqdır? Belə toy edənlər ifşa olunmalıdlr. İndiki “müğənnilərin” 90 %-nin ali təhsili bir yana, heç musiqi təhsili də yoxdur. Bilmirlər ədəbiyyat nədir. Musiqidən anlayışları yoxdur, dərs nədir, avaz, ritm nədir bilmirlər. Hamısı xaric səslə şaqqaşaraq, taqqataraq, gubbagurubla toyxanalarda əndamlarını nümayiş etdirirlər. Arağı içib dəli kimi ortaya düşüb oynayırlar və yazırlar ki, dahi sənətkar, xalq artisti filankəs. Xalq artisti adı rəsmi statusdur. Bu dövlət səviyyəsində təqdim olunur. Yaxşı bunlar nə vaxt aldı xalq artisti adını? Bunlar isə xalqı çapıb talayıb pis günə qoyurlar.

-Gəlin məsələyə başqa müstəvidən baxaq. Bəlkə bayaq dediyiniz o dəyərlərə hörmət olunmur.

-Hər şey ailədən başlayır. Ailənin başçısı ailədə zəiflik göstərirsə, uşaqların hərəsi bir istiqamətdə gedəcək. Bu gün nümunəvi ailələr daha çoxdur. Mən tanıdığım ailələr var ki, onların evinə gedəndə, oturub-duranda, onlardakı valideyn, övlad münasibətini görəndə adam istirahət edir. Deməli dəyərlər hələ qalıb və qorunur. Amma bu günün rüsvayçılığı məhz televiziyaların yaratdığı problemlər və dəyərlərin ildırım sürəti ilə pozulması və onun təbliğ olunmasındadır. Bunun qarşısı alınmalıdır.

-Bu gün xüsusi texniki vasitələrin köməyi ilə mahnı oxuyanlar, səhnədə canlı oxumaqda çətinlik çəkirlər. Heç rastınıza çıxıb?

-O qədər. Mən qoyun oğrusu, telefon oğrusu, ev oğrusu görmüşdüm amma səs oğrusunu ilk dəfə gördüm. Mən səs oğrusunun şahidi oldum və ona münasibət bildirdim. Azərbaycan Respublikasının Cinayyət Məcəlləsində oğurluq maddələrlə təsnif olunur. Yaxşı, bu millətin əxlaqını, mənəviyyatını oğurlayanlar hansı maddəylə cəzalanmalıdırlar? Onların etdikləri xəyanətdir. Bunlar oğurluq deyil, xəyanətə görə ittiham olunmalıdırlar.

Vəli Həsənoğlu,

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://konkret.az
archiveBu xəbər 03 Mart 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri