Icma.az
close
up
RU
Xalq artisti və digər fəxri adlar verilərkən nəyə diqqət olunmalıdır? SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

Xalq artisti və digər fəxri adlar verilərkən nəyə diqqət olunmalıdır? SOSİOLOQ AYDINLIQ GƏTİRDİ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

"Bildiyiniz kimi bu fəxri ad məsələsi Azərbaycanda hər zaman müzakirə olunub. Bəzən kimlərəsə fəxri ad verilərkən mübahisələndirilir. Fəxri ad daşıyan insanların bu adlara nə qədər, nə dərəcədə haqq etməsi ilə bağlı mübahisələndirmələr olur. Təcrübə onu göstərir ki, bir sıra hallarda xalq artisti verilən şəxslər xalq artisti və ya digər fəxri adları, öz davranışları ilə, həyat tərzləri ilə, xidmətləri ilə doğrulda bilmir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Üzeyir Şəfiyev deyib.

Onun sözlərinə görə, ictimaiyyət arasında haqlı müzakirələrə yol açır. Çünki xalq artisti və ya digər fəxri adlar fəaliyyət göstərdiyi sahədə, sferada peşəkarlıq baxımından örnək fəaliyyət göstərən, sənətə, peşəyə töhvə verən, eyni zamanda öz örnək fəaliyyəti ilə xalqın həyatına qatqısı olan insanlara verilməlidir: "Çünki fəxri adları daşıyanlar həm də, bəlirli bir dövlət və ictimai peşə sahələrində də, çalşırlar. Bu adı qazanmaqla onlar hansısa bir dövlət və ya ictimai işlərdə də, bəlirli bir status daşımaq haqqı əldə edirlər. Ona görə də, onların portret cizgilərinə, yəni davranışlarına, həyat tərzlərinə xüsusi tələblər olmalıdır. Bu kriteriyaları, meyyarları özündə ehtiva etməyən sənətçilər, peşə adamları əməkdar artist və ya xalq artisti kimi fəxri adların təqdim olunması məqsədə uyğun deyil. Çünki nümunələr var ki, bu fəxri adları daşıyır, lakin bu daha çox kütlə üçün maraqlıdır. Xalq isə kütlədən fərqlidir. Xalq daha rasional, daha dərin dəyərləri özündə ehtiva edən milli-mənəvi dəyərləri ehtiva edən bir hadisədir. Bu baxımdan xalq artisti və ya digər fəxri adlar verilərkən hesab edirəm ki, həm ekspert sorğuları əsasında, həm də xalq arasında sorğu keçirtmək lazımdır. Lakin obyektiv və vicdanlı şəkildə bu sorğuları keçirtmək lazımdır. Həm də, peşəkarlar arasında sorğu keçirtmək lazımdır ki, həmin adam bu fəxri adı haqq edirmi, ona fəxri ad vermək olar yoxsa vermək olmaz. Həm peşəkar fəaliyəti, həm də cəmiyyətdə nüfuzu, hörməti, özünü aparmağı baxımından bu meyyarlar əsasında həmin adam görəsən bu fəxri adı almaqı haqq edirmi. Mənim fikrimcə bu məsələlər mütləq olmalıdır. Xalq artisti və digər fərqli adlar ətrafında olan məsələlərə də, mübahisələrə də, eyni zamanda şairlərə də, mən düşünürəm ki, işıq salınmalıdır, araşdırılmalıdır. Bəzən görürsən ki, xalqın həqiqi sevgisini qazanan, xalq qarşısında töhvəsi olan, sənətə töhvə verən insanlar qalır kənarda, xalqın gözləmədiyi bir şəxs fəxri ada layiq görülür. Məsəl üçün Süleyman Abdullayev kimi, Sabir Mirzəyev kimi, Azərbaycan musiqi sənətinə töhvə vermiş insanlar xalq artisti adına layiq görülməli təqdirdə, misal üçün xalq artisti adını daşıyan bu gün şəxslər var ki, onlar bu fəxri adları haqq etmir. Cəmiyyət arasında belə bir yanaşma var. Ona görə bu xalq artistləri və digər fəxri adları təqdim edərkən, onların təqdimatını verərəkən bu məsələyə aid məqamları nəzərə almaq lazımdır ki, sənətə nə qədər xidmət eliyir, cəmiyyətə, xalqa nə qədər xidmət eliyir və bu adı nə dərəcədə mənəvi cəhətdən haqq eliyir və özünü necə doğruldur".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Aprel 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri