Icma.az
close
up
RU
Xalq artistindən Vəfanın qalmaqalına reaksiya: Mız qoyanlar...

Xalq artistindən Vəfanın qalmaqalına reaksiya: Mız qoyanlar...

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, “Sevil” operasından “Dilbərin ariyası”nı ifa edən müğənni Vəfa Şərifova “Rəngarəng” verilişində opera ifaçılarından təşəkkür gözlədiyini bildirib. 

Müğənninin sözlərinə görə, məhz bu ifadan sonra hansısa bir ariya sosial şəbəkələrdə viral olub: 

“Mən ariya oxuyanlardan təşəkkür gözləyirdim. Amma qınaq eşitdim, bilmirəm niyə? Məncə, mənə təşəkkür etməliydilər. Çünki “TikTok”-da bu günə qədər bir dənə ariya qabağınıza çıxmışdı? “İnstagram”-da, “TikTok”-da bu qədər danışılmışdı? Amma  bu gün danışılır. Neçə ildir verilişiniz gedir, ariya oxuyanlardan danışmışdınız? “Dilbərin ariyası” bu günə qədər səslənmişdi, səslənməmişdi?

Bu gün burda səslənir. Neçə verilişdi bu haqda danışılır. “Dilbərin ariyası”nı, sırf mənim paylaşdığım hissəni bu gün çox insan əzbər bilir. Hələ “YouTube”-a qoyulmayıb, təkcə “TikTok”-a qoyulub və bu qədər böyük kütlə tərəfindən dinlənilib”. 

Onun bu fikri müzakirə yaradıb. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Azərbaycan Respublikasının Xalq artisti Samir Cəfərov bildirib ki, Vəfanın “Dilbərin ariyası”nı oxumasında bir qəbahət görmür.

Samir Cəfərovin sözlərinə görə, əsas ümumi formada obrazı çatdırıb:

“Siz deyəndən sonra dinlədim. Klassik əsərə müraciət edib. Düzdü]r, onu sopranolar, opera müğənniləri oxuyur. Estrada müğənnilərinin oxumağında isə bir qəbahət görmürəm. 

Pis mahnıya müraciət etməyib ki? Yaxşı alınıb. Niyə də olmasın? İstedadlı estrada ifaçısıdır. Sözünü deyib, tanınan bir insandır. Bəzi nüanslar var, onları etməyib. Amma ümumi formada obrazı çatdırıb”.

Xalq artisti qeyd edib ki, yaxşı musiqilər ifa olunmalı, kənarda qalmamalıdır:

“Əsas musiqini tanımayanlara da tanıtdırıb. Özü tələbəm olub, istedadlıdır. Klassik mahnılarımızı, Tofiq Quliyev, Cahangir Cahangirovun mahnılarını oxuyub. “Dilbərin ariyası”nı oxumağı da pis deyil. Təqdirəlayiqdir. 

O vaxt Flora Kərimova oxumuşdu, sonra Aygün Zeynalova oxudu. Sonra deyəsən, heç kim oxumayıb.  Gündəmdə olmağı yaxşıdır. Fikrət Əmirovun “Sevil” operasındandır. Mən də bugünlərdə oxudum. Belə musiqilərə müraciət etmələri yaxşıdır, dəstəkləyirəm”. 

O bildirib ki, professionallar hərəsi bir söz deyəcək:

“Amma təşəkkür etmək məsələsinə gəlincə, qoy ona xalq təşəkkür etsin. Professional musiqiçilər onsuz da bir mız qoyacaq, hərəsi bir söz deyəcək. Ona görə də öz işi ilə məşğul olsun. Ona uğurlar arzu edirəm. 

Sadəcə o sözü deməsin ki, mənə təşəkkür etsinlər. Bu, yaxşı hal deyil. Sən öz işini gör, kim bəyənəcək, onsuz da deyəcək. Çünki belə deyəndə onlar mütləq orda nələrsə tapacaq”. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Yanvar 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see246

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see227

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see205

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see183

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see180

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see168

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see164

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see155

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see154

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see152

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri