Xalq artistinin oğlu qalmaqallı sözlərindən danışdı: Dilənçilər üçündür
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev sosial şəbəkə paylaşımı ilə müzakirələrə səbəb olmuşdu.
Ölkə.Az xəbər verir ki, “milyonlarım olsaydı da heç kəsə bir qəpik də pul verməzdim” sözləri birmənalı qarşılanmayıb.
Paylaşımının tirajlanmasından sonra Cahad Hacıyev nə üçün belə bir paylaşım etdiyini açıqlayıb.
“Bu mesaj dilənçilər üçündür. Əsas odur ki, onlar konteksti başa düşsünlər.
Qrammatik səhvlərdən şikayət edən ziyalılar isə...Sən əlasan, ağıllısan. Rəfdən bir tort götür”, - deyə o yazıb.
Qeyd edək ki, bundan əvvəl C.Hacıyev sosial şəbəkələrdə ondan pul istəyənlərdən gileylənmişdi:
“Əziz vətəndaşlar bura xeyriyyə səhifəsi deyil. Mən də milyoner deyiləm. Milyonlarım olsaydı da heç kəsə bir qəpik də pul verməzdim. Çünki yaxşı insan da deyiləm. Ümid edirəm, hər şeyi izah etdim. Özünüzdən muğayat olun. Allah sizi qorusun!”, - deyə o əlavə edib.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 15 Yanvar 2026 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















