Xalq artistinin səhhətində müsbət irəliləyiş var
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ramiz Quliyevin səhhətində müsbət irəliləyişlər var, həmçinin huşu qismən bərpa olub. Ancaq hələ də reanimasiyadadır.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artistinin oğlu, əməkdar artist Əyyub Quliyev deyib.
“Arada gözlərini açır və bizə az da olsa, reaksiya verə bilir. Ancaq huşu tam bərpa olunmayıb. Hazırda müalicəsində digər proseslər də gedir. Böyrək və ağciyərində olan problemlər həkimlərin nəzarəti altındadır və daha yaxşı nəticələr gözləyirik. Həkimlər konkret olaraq nə vaxt evə buraxılacağı barədə hər hansı məlumat verməyib”, - oğlu bildirib.
Qeyd edək ki, xalq artisti ötən ay Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib.
Baxış sayı:43
Bu xəbər 06 Oktyabr 2025 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















