Icma.az
close
up
RU
Xalq artistinin vəkili: Sevinc Heydərova ilə bağlı qərarı alqışlayırıq

Xalq artistinin vəkili: Sevinc Heydərova ilə bağlı qərarı alqışlayırıq

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Xalq artisti Flora Kərimova Səhiyyə Nazirliyinin plastik cərrah Sevinc Heydərovanın lisenziyasının ləğv edilməsi ilə bağlı qərarını alqışlayır".

Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artistinin vəkili Elcan Həsənli deyib. 

Vəkil bildirib ki, Sevinc Heydərova müğənniyə dəyən maddi ziyan ödəməlidir:

"Bizim hələ Sevinc Heydərova ilə bağlı bir məhkəmə prosesimiz davam edir. Hazırda iş Ali Məhkəmədədir. Doğrudur, indi biz Səhiyyə Nazirliyinin də qərarını məhkəməyə təqdim edəcəyik. Orada da Flora xanıma vurulmuş maddi ziyanın təzminatını tələb edəcəyik. Bu 30 min manatdır. Biz bu prosesdə sona qədər gedəcəyik".

"Sevinc Heydərovanın plastik cərrah kimi lisenziyasının ləğv olunmasında Flora Kərimova ilə bağlı aparılan məhkəmə işlərinin rolu olar bilərmi" sualına vəkil belə cavab verib:

"Sevinc Heydərovanın lisenziyasının ləğvi ilə bağlı tərəfimizdən də məhkəməyə müraciət edilib. Səhiyyə Nazirliyi məhkəmə yekunlaşmadan məsələni həll etdi. Biz rəsmi olaraq bütün dövlət orqanlarına müraciət etmişdik. Dövlətimizə inanırdıq".

Qeyd edək ki, Səhiyyə Nazirliyinin qərarı ilə Azərbaycanda 10-a yaxın plastik cərrahın lisenziyası ləğv edilib. Onların arasında tanınmış plastik cərrah Sevinc Heydərova da var. 

Xalq artisti Flora Kərimova Sevinc Heydərovanın əməliyyat etdiyi sənət adamlarından idi. Xalq artisti Sevinc Heydərovanı uğursuz plastik əməliyyata görə məhkəməyə müraciət etmişdi.

Bahar Rüstəmli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 05 Fevral 2025 17:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see249

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see239

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see200

“Azərkosmos” peyk istehsalına hazırlaşır kosmik sənayenin inkişafında yeni mərhələ

21 Oktyabr 2025 19:12see200

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see195

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see187

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see177

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see167

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see163

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see161

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see141

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see136

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see135

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see135

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see133

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see130

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see125

Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub

21 Oktyabr 2025 19:39see124

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri