Icma.az
close
up
RU
Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş seminar keçirilib

Xalq şairi Fikrət Qocanın yaradıcılığına həsr olunmuş seminar keçirilib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 may, AZƏRTAC

Mayın 1-də Yazıçılar Birliyində Azərbaycanın Xalq şairi Fikrət Qocanın həyat və yaradıcılığına həsr olunmuş poeziya seminarı keçirilib.

Tədbir “Azərbaycanın müasir şairləri” ədəbi layihəsi çərçivəsində təşkil olunub.

Seminarı şairə, Azərbaycan Yazıçılar Birliyinin və Dünya Yazıçılar Təşkilatının (WOW) üzvü, “Azərbaycanın Müasir Şairləri” layihəsinin rəhbəri Lalə Həsənova açıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə şair, bir çox beynəlxalq poeziya və ədəbi müsabiqələrin laureatı, Rusiyanın Rus Xalq Poeziyası Akademiyasının akademiki Zaur Cəfərov, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin fəxri üzvü, Dünya Yazıçılar Təşkilatının əlaqələndirmə şurasının rəhbəri Eldar Əhədov, Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin, Respublika Qadın Cəmiyyəti və Dünya Türk Qadınları Cəmiyyətinin üzvü Güləmail Murad çıxış ediblər.

Tədbirin proqramında Fikrət Qocanın şeirləri, habelə onun dostları - tanınmış şair və tərcüməçilər Alla Axundova, Mənsur Vəkilov, Aleksandr Qriç, Siyavuş Məmmədzadənin tərcümələrində rus dilində əsərləri yer alıb.

Xalq şairinin şeirlərini, həmçinin Zaur Cəfərov, Lalə Həsənova, Tatyana Artyomkina, Olqa Şalayeva, Türkan Bayramzadə, Günatay Hüseynova, Ziba Eyyubova, Səbinə Əliyeva, Nell Küri, Renat İlyazov, Zivərxanım Məmmədova, Bayram Məhərrəmov, Arzu Manaf təqdim ediblər.

Qeyd edək ki, qonaqlar arasında şairin yaxınları, Azərbaycan Yazıçılar Birliyinin üzvü - baş redaktor Elvira Quluzadə, mədəniyyət xadimləri və yaradıcı şəxslər də olublar.

Tədbirin sonunda şairin yaxınları - Xalq şairinin bacısı, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Güldəniz Qocayeva, onun daha bir bacısı, “Azərbaycan Milli Ensiklopediyası”nın redaksiya müdiri, “Vətənə xidmətə görə” ordeninə layiq görülmüş Gülbəniz Qocayeva təəssüratlarını bölüşüblər.

Zaur Cəfərov, həmçinin seminarın təşkilində göstərdiyi köməyə görə Azərbaycan Yazıçılar Birliyinə xüsusi təşəkkürünü bildirib, ədəbi irsin qorunub saxlanması üçün belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 May 2025 20:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see259

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see143

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see124

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see121

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see119

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see119

Mina təhlükəsi ən aktual problemlərdəndir

07 Avqust 2025 09:47see118

Mən Putinlə tezliklə görüşə bilərəm Tramp

07 Avqust 2025 10:54see117

“Bakı Tbilisi qatarının bərpasını gözləyirik” Gürcüstan İqtisadiyyat Nazirliyi

07 Avqust 2025 15:32see116

Seda Sayanın dodaq uçuqladan var dövləti: Onun kirayə gəlirləri isə...

07 Avqust 2025 15:57see116

Mingəçevir 30 futbolçu ilə hazırlaşsa da... SON DURUM

07 Avqust 2025 14:09see115

Pəhriz içkiləri şəkərli sodadan daha çox diabetə səbəb olur

07 Avqust 2025 09:04see114

Qızıl libaslar və lüks tualetlər: Rahib əfsanəvi Şaolini attraksiona çevirdi

07 Avqust 2025 06:02see113

Kambocanın Baş naziri Trampın Nobel Sülh mükafatına namizədliyini irəli sürüb

07 Avqust 2025 18:26see113

Çində asma körpüdə baş verən qəza nəticəsində beş nəfər həlak olub

07 Avqust 2025 06:29see113

Çimərliklərdən uşaqlara virus yayılır? Suçiçəyinə bənzəyir, lakin...

07 Avqust 2025 14:08see113

Qarabağ cavab oyununda nə etməlidir? ANALİZ

07 Avqust 2025 14:03see112

Deputat: Rusiyanın addımları Azərbaycana qarşı düşmənçiliyin təzahürləridir

08 Avqust 2025 22:34see112

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçiləri III təsnifat mərhələsinin oyunlarına çıxırlar

07 Avqust 2025 08:00see112

“Araz Naxçıvan”ın futbolçusu: İnanıram ki, cavab matçında daha yaxşı nəticə göstərəcəyik

07 Avqust 2025 22:50see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri