Xalq Şairi Zəlimxan Yaqubun “Seçmə şeirlər” kitabının təqdimatı olub AZƏRTAC
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 21 yanvar, AZƏRTAC
Xalq şairi Zəlimxan Yaqubun "Seçmə şeirlər" kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə şair və yazıçılar, ədibin qələm dostları, tanınmış ziyalılar, media nümayəndələri və ailə üzvləri iştirak ediblər.
Təqdimat mərasimində Milli Məclisin deputatları Elnarə Akimova, Ceyhun Məmmədov, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan, Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, yazıçı Şərif Ağayar və başqaları çıxış edərək şairin yaradıcılığı, onun klassik poeziyaya bağlılığı, poeziyasının üstün keyfiyyətləri haqqında danışıb, şairlə bağlı xatirələrini bölüşüblər.
Əməkdar mədəniyyət işçisi Ədalət Dəlidağlı şairin şerlərindən nümunələr ifa edib. Qiraət ustası, Əməkdar artisti Ağalar Bayramov, aktrisa Ayan Kamran Zəlimxan Yaqubun şeirlərini səsləndiriblər.
Tədbirdə Zəlimxan Yaqubun həyat və yaradıcılığı ilə bağlı videoçarx nümayiş olunub.
Təqdimat mərasiminin yekununda Zəlimxan Yaqubun oğlu Bəhlul Yaqubov çıxış edərək atasının xatirəsini yaşadanlara və tədbirin təşkilatçısı “Qanun” nəşriyyatına təşəkkürünü bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 21 Yanvar 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















