Icma.az
close
up
RU
Xalqı Zəfərə aparan lider

Xalqı Zəfərə aparan lider

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın taleyində mühüm rol oynayan tarixi şəxsiyyətdir. O, ötən əsrdə əsl xilaskarlıq missiyası həyata keçirərək dövləti tənəzzüldən tərəqqiyə yüksəldib, xalqın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırıb, ölkənin müstəqilliyinin qorunub saxlanılmasında, əbədi və dönməz xarakter almasında əsl fədakarlıq nümayiş etdirib.
Bizim.Media mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
İkinci Dünya müharibəsi illərində dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətə başlayan Ulu Öndər öz bacarığı və səriştəsi ilə qısa zamanda böyük etimad qazanıb. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin (DTK) əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə DTK-nın sədr müavini, 1967-ci ildə DTK-nın sədri təyin edilib, həmin il ona general-mayor rütbəsi verilib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyulun 14-də keçirilmiş plenumunda isə Ümummilli Lider Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib.
Bu elə bir dövr idi ki, Azərbaycan SSR digər ittifaq üzvlərindən hər mənada geri qalırdı. Respublikada sosial-iqtisadi vəziyyət olduqca ağır idi. İqtisadiyyat, əhalinin məşğulluğunun əsasını təşkil edən sənaye və kənd təsərrüfatı acınacaqlı dövrünü yaşayırdı.

15 il ərzində 213 iri sənaye müəssisəsi
Belə bir zamanda Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyev kənd təsərrüfatının, sənayenin, iqtisadiyyatın digər sahələrinin inkişafı, sosial məsələlərin həlli, əhalinin rifah halının yaxşılaşdırılması üçün uğurlu islahatlar həyata keçirdi. Böyük tikinti-quruculuq meydanına çevrilən Azərbaycanda təkcə 1970-1985-ci illərdə yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. Statistik məlumatlara görə, cəmi 15 il ərzində ölkədə 213 iri sənaye müəssisəsi işə salındı. Hətta bir çox mühüm istehsal sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tutdu. Ölkədə istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olundu.

1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı
Tikinti-quruculuq tədbirləri çərçivəsində paytaxt Bakı ilə bərabər, respublikanın bütün rayonlarının simasını tamamilə dəyişdirən Ulu Öndər təhsil və səhiyyə sahəsində də böyük uğurlara imza atdı. Sözsüz ki, hər iki istiqamətdə islahatların həyata keçirilməsi, qısa zamanda ciddi irəliləyişin əldə edilməsi ixtisaslı kadr təminatı, maddi-texniki bazanın gücləndirilməsi, elmi-texniki yeniliklərin müvafiq sahələrdə tətbiqi ilə bilavasitə bağlıdır. Ona görə də Ümummilli Lider Heydər Əliyev böyük uzaqgörənlik nümayiş etdirdi, azərbaycanlı gənclərin əsl hamisinə çevrilərək onların SSRİ-nin qabaqcıl ali məktəblərində yüksək təhsil almasına şərait yaratdı. Bunun nəticəsində 1970-1980-ci illərdə SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil alması mümkün oldu. Rəsmi məlumatlara görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə beş yeni ali təhsil müəssisəsi açıldı və ali məktəb tələbələrinin sayı 70 mindən 100 minədək artdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəbdə 105 fakültə, 450 kafedra var idisə və 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi.

1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən üç dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdırıldı. 1970-1980-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verildi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çoxdur.
Yeni səhiyyə müəssisələri istifadəyə verilib
Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1970-1980-ci illərdə yüzlərlə iri səhiyyə obyektləri də inşa olunub. Köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi istiqamətində tədbirlər həyata keçirilib. Urologiya Xəstəxanası, Diaqnostika Mərkəzi, Neyrocərrahiyyə Mərkəzi, Toksikoloji Mərkəz və digərləri o dövrlərdə yaradılan tibb müəssisələrindəndir.

Vətəndən kənardakı fəaliyyət
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyev 22 il Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olub. 1974-1979-cu illərdə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsini tutub. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. Bu vəzifədə işləyərkən SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik edib. O, Azərbaycandan kənarda məsul vəzifələr icra edərkən də həmvətənlərini unutmayıb, onların taleyinə biganə yanaşmayıb. SSRİ miqyasında həyata keçirilən sosial-iqtisadi layihələrin, o cümlədən qabaqcıl istehsal və sənaye müəssisələrinin yaradılmasının, yeni təhsil və səhiyyə obyektlərinin tikilməsinin Azərbaycanda da geniş vüsət almasına çalışıb.

Çox təəssüf ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun 1980-ci illərin sonuna doğru yeritdiyi siyasi xətt Azərbaycan xalqının milli maraqlarına zidd olması ilə seçilib. Ümummilli Lider Heydər Əliyev öz nüfuzundan və təsir vasitələrindən istifadə edərək bu siyasətə qarşı bir müddət mübarizə aparıb. SSRİ rəhbərliyinin siyasətinin dəyişməyəcəyinin fərqinə varan Ulu Öndər 1987-ci ilin oktyabrında etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.
Yenidən qayıdış
Ümummilli Lider Heydər Əliyev ikinci dəfə xilaskarlıq missiyası ilə 1993-cü ildə xalqının köməyinə çatıb. Siyasi səbatsızlıq, dövlət idarəçiliyində naşılıq, vəzifə kürsüsü uğrunda mübarizə Azərbaycanda daxili böhran yaradıb. Ermənistanın silahlı təcavüzünə məruz qalan, ərazisinin 20 faizi işğal olunan Azərbaycan paralel olaraq vətəndaş müharibəsinə sürüklənib. Bununla da müstəqilliyin tamamilə itirilməsi, ölkə və xalq olaraq yox olması təhlükəsi yaranıb. Məhz belə bir çətin dövrdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev yenidən Azərbaycanın xilaskarına çevrilib, 1993-2003-cü illərdə ölkəmizə rəhbərlik edib.

Ümummilli Lider Heydər Əliyev ölkə daxilində böhranı aradan qaldırmaqla yanaşı, cəbhə xəttində uğurlu Horadiz əməliyyatı keçirməklə Ermənistanı 12 may 1994-cü ildə atəşkəs haqqında saziş imzalamağa məcbur edib. Ulu Öndər Heydər Əliyev ölkəni iqtisadi, siyasi, sosial tənəzzüldən xilas etmək üçün mühüm addımlar atıb. Bu istiqamətdə böyük uzaqgörənliklə həyata keçirilən ən mühüm tədbir uzunmüddətli neft strategiyası hesab olunurdu. 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması, ardınca Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi ilə bugünkü iqtisadi intibahımızın təməli qoyulub. 1996-cı ildən MDB məkanında ilk dəfə Azərbaycanda torpaq islahatlarının həyata keçirilməsi sayəsində kənd təsərrüfatının ayrı-ayrı sahələrində ciddi irəliləyişlər hiss olunmağa başlayıb.

Ordu quruculuğu
Ümummilli Lider Heydər Əliyev 1971-ci ildə SSRİ rəhbərliyinin bütün təzyiq və təhdidlərinə sinə gərərək yaratdığı Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin müstəqillik illərində Hərbi Liseyə çevrilməsi, Azərbaycan Ordusunun yaradılmasında, ölkəmizin ərazi bütövlüyünün qorunmasında mühüm rol oynaması da bir faktdır. Azərbaycan Silahlı Qüvvələrində xidmət edən yüksək rütbəli zabit heyətinin bir çoxu bu hərbi təhsil müəssisəsinin yetirməsi olub. Məhz onların komandanlığı altında əsgərlərimiz erməni təcavüzünə qarşı müqavimət göstərib. Sonralar həm Ulu Öndər Heydər Əliyevin, həm də onun layiqli davamçısı, Prezident İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar Azərbaycan Silahlı Qüvvələrinin peşəkarlığını, gücünü, qüdrətini artırıb.

2020-ci ilin 44 günlük Vətən müharibəsində, 2023-cü ilin bir günlük antiterror əməliyyatlarında Azərbaycan Ordusu ərazilərimizi işğaldan tam azad etməklə, suverenliyimizi təmin etməklə yeni tarix yazıb, regionda yeni siyasi reallıq yaradıb. Ümummilli Lider Heydər Əliyevin, Prezident İlham Əliyevin daim gücləndirdiyi Azərbaycan Ordusu Qarabağı işğaldan azad etməklə iki yüz illik tariximizdə bizə əsl zəfər yaşadıb.

Ulu Öndər Heydər Əliyev fiziki baxımdan aramızda olmasa belə, onun həm SSRİ zamanında, həm də müstəqillik illərində həyata keçirdiyi islahatlar müasir dövrdə də öz bəhrəsini verib. Ulu Öndərin dərin təməllər üzərində qurduğu uzaqgörən siyasəti bu gün də uğurlara aparan mayak rolunu oynayır.
Bizim.Media
 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:137
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 May 2026 20:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın urbanistika idarəçiliyində dönüş nöqtəsi

20 May 2026 11:24see341

Tikinti şirkəti 1 milyonluq əmlakı sahibinə vermir “İnter” MMC yə dair məhkəmə aktları niyə icra olunmur? (ARAŞDIRMA)

20 May 2026 11:35see294

Lənkəran və Lublin arasında bəzi məsələlər müzakirə edildi FOTOLAR

20 May 2026 13:49see232

Temu adı ilə dələduzluq

20 May 2026 20:27see213

ABŞ Senatı Müharibə Səlahiyyətləri Qətnaməsini irəli sürülməsində irəliləyiş əldə edib

20 May 2026 03:27see205

Android istifadəçilərinə pis xəbər: “Gemini Intelligence” çox telefonda işləməyəcək

20 May 2026 05:42see198

Avropa İttifaqı onları sanksiya siyahısından çıxardı

20 May 2026 05:01see196

15 nəfərin öldüyü təyyarə qəzasının Anbaan görüntüləri

20 May 2026 04:36see194

Ermənistanda mart hadisələrinin təkrarlanması ehtimalı istisna edilmir

21 May 2026 14:56see191

Qrizmann Atletiko Madrid azarkeşləri üçün vida mesajı yayımlayıb

20 May 2026 04:11see190

“Google”da 25 il sonra Yeni dövr

20 May 2026 04:32see185

Konte “Napoli”dən ayrılır

20 May 2026 05:51see183

Meta” qlobal işdən çıxarma planına bu ölkədən başlayıb

20 May 2026 23:01see164

Trampdan gənclərə məsləhət: Mübarizəni davam etdirin

20 May 2026 23:09see163

Gürcüstanın Baş naziri: Azərbaycanla təbii qazın alışı üzrə müqavilənin müddəti daha 20 il uzadıldı

21 May 2026 09:50see155

Yonhap agentliyi: Si Cinpin KXDR ə getməyə hazırlaşır

21 May 2026 09:50see150

Yuxuda boşqab görmək nə deməkdir?

21 May 2026 09:51see149

Çin ilə ABŞ narkoticarətin qarşısının alınması üzrə mexanizm yaradıblar

21 May 2026 09:50see147

“Sea Breeze Arena”nın təqdimat mərasimi keçirilib FOTO

20 May 2026 17:31see146

Uzun müddətli ac qalmanın bədənə verdiyi zərər aşkar edilib...

20 May 2026 19:55see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri