Icma.az
close
up
RU
Xamenei gedir, yerinə oğlu gəlir? Xəbər saytı Son xəbərlər və Hadisələr

Xamenei gedir, yerinə oğlu gəlir? Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranda ölkənin 85 yaşlı Ali Rəhbəri Seyid Əli Xameneinin siyasi varisi ilə bağlı söhbətlər yenidən gündəmə gəlib.

Amma əvvəlki hallardan fərqli olaraq, bu dəfə mövzunu gündəmə gətirən elə Xameneinin özü olub, bu da ölkədə rəhbər dəyişikliyi ilə bağlı məsələnin ciddiliyindən xəbər verir.

Belə ki, ABŞ-də prezident seçkisində Donald Trampın qələbəsi məlum olduqdan az sonra Xamenei İranda ali rəhbəri seçən qurumun - 88 ruhanidən ibarət Ekspertlər Şurasının üzvləri ilə görüşüb.

Onun həmin görüşdə etdiyi təqribən yarım saatlıq çıxışın 2/3 ölkənin gələcək ali rəhbərinin müəyyənləşdirilməsi mövzusuna həsr olunub.

Bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

Bildirilir ki, indiyədək görünməmiş bu çıxışı ilə Xameneinin cəmiyyəti, ilk növbədə hakim siyasi elitanı özünün yoxluğuna hazırlamaq niyyəti güddüyü aydın şəkildə hiss olunub.

Eyni zamanda, o, Şura üzvlərinə gələcək ali rəhbərin kimliyi üzərində elə indidən düşünmək barədə açıq mesaj verib və lazımi anda yubanmadan və sürətli şəkildə yeni rəhbəri seçməyin vacibliyini vurğulayıb.

Təsadüfi deyil ki, bəzi iranlı təhlilçilər Xameneinin bu çıxışını "vida xütbəsi" adlandırıblar. Görüşdə iştirak etmiş hüccətül-islam Məhəmmədbağır Heydəri Kaşani sonradan bildirib ki, Xameneinin çıxışı zamanı Şuranın bəzi üzvləri ali rəhbərin kölgəsinin başları üzərindən əskik olacağını təsəvvür edərək özlərini saxlaya bilməyib hönkür-hönkür ağlayıblar.

Lakin əlbəttə, Xameneiyə etdiyi çıxışa Şura üzvlərinin göz yaşı axıtması deyil, nəzərdə tutduğu namizədi ondan sonra rəhbər postuna seçmələri lazımdır.

Həmin namizədin isə onun illərdən bəri bu vəzifəyə hazırladığı oğlu Müctəba Xamenei olduğu hər kəsə məlumdur. Odur ki istər yerli, istərsə də xarici media İran ali rəhbərinin çıxışını məhz bu kontekstdə şərh və təhlil etməkdədir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Noyabr 2024 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri