Xanazax istiqamətində atəş açılması... MN
Axar.az saytına istinadən Icma.az xəbər verir.
Xanazax yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən intensiv atəş açılması barədə Ermənistan mediasının aprelin 21-də yaydığı xəbərlər məqsədyönlü dezinformasiyadır və heç bir real əsası yoxdur.
Bu sözləri Axar.az-a Azərbaycan Müdafiə Nazirliyi Ermənistan mediasında Ordumuzun bölmələri tərəfindən yaşayış məntəqəsinə atəş açılması ilə bağlı yayılan xəbərlərə cavabında deyib.
Vurğulanıb ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən mülki əhali və obyektlər istiqamətində heç bir atəş açılmır:
"Ordumuz yalnız zərurət yarandıqda təxribat məqsədi ilə mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin aktivliyinin qarşısını almaq məqsədilə adekvat cavab tədbirləri görür.
Qarşı tərəf bu cür məqsədyönlü dezinformasiyalar və yalan məlumatlar yaymaqla törətdiyi təxribatları ört basdır etməyə, eləcə də beynəlxalq ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 22 Aprel 2025 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















