Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Xanım Milli Qəhrəmanlar: onlar neçə nəfərdi? ADLAR

Xanım Milli Qəhrəmanlar: onlar neçə nəfərdi? ADLAR

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən həlak olmuş ekipaj üzvlərinə “Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən xidməti vəzifələrini layiqincə yerinə yetirən, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvləri – kapitan İqor İvanoviç Kşnyakin, pilot Aleksandr Georgiyeviç Kalyaninov, bələdçi Hökumə Cəlil qızı Əliyeva ölümlərindən sonra bu fəxri ada layiq görülüb.
Dövlət başçısının bu sərəncamından sonra Azərbaycanın Milli Qəhrəmanlarının sayı 222 nəfərə çatıb. 
Modern.az-ın məlumatına görə, Azərbaycanın 222 Milli Qəhrəmanından 3 nəfəri xanımdır. Onlar aşağıdakı şəxslərdi:
Salatın Əsgərova
Gültəkin Əsgərova
Hökumə Əliyeva


Xanım Milli Qəhrəmanlarımızın qısa bioqrafiyasını təqdim edirik:
Salatın Əziz qızı Əsgərova 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. Həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərib. Nəticədə müqavilə ilə “Bakı” qəzetində işləməyə başlayıb. 4 il sonra isə o, “Molodyoj Azerbaydjana” qəzetinə keçib. Salatın Əsgərova jurnalist kimi Azərbaycan torpaqlarının bütövlüyü ilə bağlı məslələrə toxunurdu. O, tez-tez cəbhə xəttinə gedir, qaynar nöqtələrdən operativ materiallar hazırlayırdı. Ailəsi Salatının döyüş bölgəsinə getməsindən narahat olsa da, ona mane ola bilmirdi. Hazırladığı reportajlarla müharibənin ən qızğın anlarından xəbər verən Salatın qısa müddət ərzində geniş oxucu auditoriyası qazanmağı bacarmışdı.
1991-ci il yanvarın 9-da Laçından Şuşaya gedərkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında onun olduğu maşın erməni terrorçuları tərəfindən yaxın məsafədən şiddətli atəşə tutulub və elə oradaca qətlə yetirilib. 
O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn olunub.
Salatın Əsgərova ölümündən sonra - 6 noyabr 1992-ci ildə Azərbaycan Prezidentinin fərmanı ilə “Milli Qəhrəman” adına layiq görülüb.
Hazırda Bakı şəhərində adına bir küçə var. Yaşadığı binaya barelyefi vurulub. Ona Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adı da verilib.
Bir oğlu yadigar qalıb.
***
Gültəkin Məlik qızı Əsgərova 1960-cı il noyabr ayının 20-də Bakı şəhərində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Tibb Universitetinə daxil olub və təhsilini 1989-cu ildə başa vurub. Təhsil illərində Daxili İşlər Nazirliyinin Hərbi hospitalında əvvəlcə kiçik tibb bacısı, sonra isə böyük tibb bacısı işləyib. Ali məktəbi bitirdikdən sonra isə 8-ci Təcili Yardım Stansiyasında çalışıb. Daha sonra Uroloji xəstəxanada anestezioloq-reanimatoloq vəzifəsində işləyib.

Qarabağ hadisələri başlayanda 4 aprel 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanıb. Əvvəlcə Turşsuda, sonra isə Şuşada neçə-neçə yaralı əsgərə tibbi yardım göstərib. Şuşa işğal olunduqdan sonra Laçının, Qubadlının müdafiəsində yaxından iştirak edib. Ağır döyüş yolu keçmiş Gültəkin Əsgərova 20 iyun 1992-ci ildə Aranzəmin-Naxçıvanik kəndləri istiqamətində gedən çətin döyüşdə öz xidməti borcunu yerinə yetirərkən şəhid olub.

Ölkə Prezidentinin 1993-cü il 20 noyabr tarixli fərmanı ilə Gültəkin Əsgərovaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilib.

Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilib.

Oxuduğu 200 nömrəli tam orta məktəbə onun adı verilib, Bakı şəhər Nərimanov rayonunda büstü qoyulub. Bakıda yaşadığı Mustafa Kamal Atatürk prospekti 2a ünvanındakı binaya xatirə lövhəsi vurulub. Gültəkin Əsgərovaya həsr olunan “Gültəkin” filmi çəkilib, “Gültəkin zirvəsi” adlı kitab çap olunub.


***
Hökumə Cəlil qızı Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və bir müddət Volqoqrad vilayətində yaşayıb. Hökumə orada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 178 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V.Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.
Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirib. 2016-cı ildən etibarən Azərbaycan Hava Yolları aviaşirkətində (AZAL) təcrüməçi kimi işləməyə başlayıb. Sonralar isə bələdçi kimi işləməyə başlayıb. İşinin növbəti illərində o hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi.
Lakin 25 dekabr 2024-cü ildə Bakı-Qroznı reysilə uçan təyyarə Aktau şəhərində qəzaya uğrayarkən stüardessa Hökumə Əliyeva xidməti vəzifəsini layiqincə yerinə yetirərək, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərib və özü isə baş verən partlayışda həlak olub.
Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.
Evli idi, övladı yoxdur.
Azərbaycan Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.
Ə.Qafarlı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:275
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Dekabr 2024 11:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see516

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see385

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see379

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see370

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see348

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see347

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see301

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see283

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see256

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see247

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see245

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see237

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see233

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see229

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see222

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see215

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see197

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see194

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see180

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri