Xankəndidə ilk solo konsert təşkil ediləcək
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Xankəndi şəhərində bu gün ilk solo konsert təşkil ediləcək.
Gununsesi.info xəbər verir ki, konsertdə ifaçı tarzən Arslan Növrəsli olacaq.
Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri olan Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Azərbaycanın əməkdar artisti Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Azərbaycanın əməkdar artisti Kamran Kərimov müşayiət edəcək.
Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunması planlaşdırılır.
Konsert proqramının keçirilməsində məqsəd Qarabağda incəsənətin inkişafına və gənclərin musiqi yaradıcılığına dəstək olmaqdır.
Baxış sayı:142
Bu xəbər 22 Noyabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















