Xankəndidə “Qış nağılı” yarmarkası yanvarın 4dək davam edəcək AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Xankəndi, 27 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Xankəndidə açılan “Qış nağılı” yarmarkası yanvarın 4-nə qədər davam edəcək.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.
O bildirib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil edilən "Qış nağılı" yarmarkasında bir çox şirkət və müəssisələr təmsil olunur. Hər şirkət öz istehsal etdiyi məhsulları təqdim edir. Həmçinin yarmarkada fərdi şəxslər də var ki, öz məhsullarını nümayiş etdirirlər.
“Çox sevindiricidir ki, biz uzun illərdən sonra işğaldan azad olunan doğma Qarabağımızda, Xankəndimizdə bu cür tədbirlər keçirir və bu sevinci yaşayırıq”, - deyə o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 27 Dekabr 2024 17:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















