Icma.az
close
up
RU
Xanlarova Ələkbərzadəyə görə işdən çıxır?

Xanlarova Ələkbərzadəyə görə işdən çıxır?

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Əməkdar artist Mehriban Xanlarova Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə uzun müddətdir aralarında davam edən qalmaqalla bağlı açıqlama yayıb.

“Qafqazinfo” xəbər verir ki, ​aktrisa sosial şəbəkə hesabında etdiyi paylaşımda bəzi məqamlara da aydınlıq gətirib.

M.Xanlarova həm özünün, həm də digər teatr əməkdaşlarının uzun müddət mediada susmasının səbəbini Mədəniyyət Nazirliyinin onlara verdiyi vədlə əlaqələndirib:

“Bizə deyilmişdi ki, Mehriban Ələkbərzadənin müqaviləsi 15 noyabrda bitəcək və yenilənməyəcək. Buna görə mövzuya qayıtmamağımız xahiş olunmuşdu. Biz də gözlədik. Lakin məlum oldu ki, daha 6 ay vəzifəsində saxlanılıb”.

Aktrisa həmçinin Mehriban Ələkbərzadənin teatrın baş rejissoru olduğu halda başqa qurum üçün pul müqabilində “sənədli film” hazırlamasını tənqid edib:

“Baş rejissor “AzDrama” üçün deyil, AzTV üçün pul müqabilində xronologiya hazırlayır. Teatr üçün ayrılan vaxt və status niyə başqa yerə sərf edilir? Bu, rüsvayçılıqdır”.

Əməkdar artist bildirib ki, söz azadlığına məhdudiyyətlərlə üzləşdiyi üçün işdən çıxarılma ehtimalını gözə alaraq ərizə yazıb:

“Mədəniyyət Nazirliyi ilə bağlı bildiyim faktları açıqlayacağım üçün işdən çıxarılmağı gözə alıb ərizə yazmışam. Çünki söz azadlığıma məhdudiyyət qoyulmasına razı deyildim. İnanıram ki, birotaqlı evdə böyük ailə saxlayan və əlilliyi olan ailə üzvlərinə baxan məni - Mehriban Xanlarovanı işdən çıxarmağa bu dəfə əliniz əsəməyəcək”. 

Məlumat üçün bildirək ki, Akademik Milli Dram Teatrından sənətçinin ərizəsinin qəbul edilib-edilməməsi ilə bağlı hələ ki məlumat yoxdur. 

Qeyd edək ki, Mehriban Xanlarovanın narazılığı teatra kənar aktrisanın dəvət olunması ilə bağlı verdiyi açıqlamadan sonra gündəmə gəlmişdi. Əməkdar artist həmin müsahibəsində bunu haqsızlıq adlandıraraq kollektivdə kifayət qədər peşəkar aktrisalar olduğunu bildirmişdi.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri