Xaqani Şirvaninin “Töhfətül İraqeyn” əsəri şərhlər verilməklə ilk dəfə çap olunacaq
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 4 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli cari il ərzində Xaqani Şirvaninin “Töhfətül-İraqeyn” əsərinin şərhlər verilməklə ilk dəfə çap olunacağını diqqətə çatdırıb. Bundan əlavə, Humanitar və İctimai Elmlər bölmələrinin birgə təşkilatçılığı ilə Akademiya səviyyəsində, o cümlədən Şamaxıda konfransların keçirilməsinin, Xaqaninin kimliyi, əsərlərinin təhlili ilə bağlı alimlərimizin mətbuatda məqalələrlə çıxışlarının nəzərdə tutulduğunu vurğulayıb.
İclasda AMEA-nın elmi bölmələrinə, müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Xaqani Şirvaninin 900 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması üçün təkliflərin Rəyasət Heyətinə təqdim edilməsi qərara alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 04 Fevral 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















