Icma.az
close
up
RU
Xarəzmli nasir Məhəbbət Səfanın “Ömür hekayətləri” Azərbaycan dilində nəşr edilib

Xarəzmli nasir Məhəbbət Səfanın “Ömür hekayətləri” Azərbaycan dilində nəşr edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 7 may, AZƏRTAC

Xarəzmli nasir Məhəbbət Səfanın “Ömür hekayətləri (hekayə və şeirlər)” kitabı Bakıda çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitabdakı hekayə və şeirləri özbəkcədən Azərbaycan dilinə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, Özbəkistanın “Dostluq” ordeni laureatı Almaz Ülvi Binnətova tərcümə edib. Kitabın redaktoru isə dosent Şəhla Məcidovadır. Kitab tərcüməçinin “Lirik – romantik hekayətlərin poetikası (Məhəbbət Səfanın yaradıcılığına nəzər)” adlı “Ön söz”ü ilə açılır: “Yaradıcılıq mənəvi yetkinliyin bəhrəsi hesab olunur. Yalnız onun məzmunu ümumbəşəri ideyalardan ibarət olarsa, o, tanınmağa layiq sayılır. Bu topludakı esselər, hekayələr, romanlar və şeirlər ətrafımızda yaşayan və ya yaşamış insanların yazılarından bəhs edir. Bu sözlər sadəcə deyilmir, nidaya, fəryad və mahnıya çevrilərək şüurunuza tökülür. Yalnız bundan sonra müəllif adlanan mürəkkəb varlığın, insan varlığının nə qədər qiymətli və hörmətə layiq olduğunu dərk etməyə başlayırsan”.

“Ön söz”də müəllifin yaradıcılıq xüsusiyyətləri təhlil edilib: “Məhəbbət xanımın bu kitabına toplanmış nəsri məni valeh etdi. Mənə elə gəldi ki, bu əsərlərin hamısı bir qızın, bir qadının həyat hekayətlərindən ibarətdir. O körpə qızın – valideynləri tərəfindən nənəsinin himayəsinə verilmiş bir qızcığazın həyat hekayətləridir. Kitabın adı da məhz buradan yaranmışdır. Nənəsinin qucağında, ətəyində, yan-yörəsində böyüyən qızcığaz əslində həyatın tam içində böyüyürdü. Olar-olmazı dərk edərək böyüyürdü. Gecələr də nənəsinə sığınıb yatan elə nənəsinin hikmətli nağıllarının qəhrəmanlarından birinə çevrilmişdi. Lirik “mən” əslində memuar xatirələrini hekayətlər – kiçik-kiçik hekayətlər şəklində ortaya qoymuşdu. Böyük düşüncələr kontekstində kiçik adam obrazındakı cizgilər real həyat lövhələrindən götürülsə də, oradakı notlar romantik hisslərlə doludur”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri