Icma.az
close
up
RU
Xaricdə təhsil adı altında insanları aldadırlar? Doqquz ay ərzində cavab verilməsi halı olmur

Xaricdə təhsil adı altında insanları aldadırlar? Doqquz ay ərzində cavab verilməsi halı olmur

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Valideyn "Pilgrim Education" xaricdə təhsil şirkətindən şikayətçidir.

O, Oxu.Az-a ünvanladığı şikayətdə bildirib ki, övladı Əli Şükürov xaricdə təhsil üçün sözügedən şirkətə yeddi aydır müraciət etsə də, hələ bir cavab almayıb:

"Mənim oğlum yeddi ay bundan qabaq xaricdə təhsil almaq üçün "Pilgrim Education" şirkətinə müraciət edib. Müqavilə bağlayıb. 1 200 manat pul ödənilib. Lakin yeddi ay içərisində şirkət müraciətlə bağlı geri dönüş etməyib. Yeddi ay ərzində haraya sənədlər göndərilib, göndərildiyi ünvanlardan hansı cavablar gəlib - bu barədə heç bir məlumat verilmir. Heç bir sənəd təqdim edilməyib. Bizə beş-altı ölkədən qəbul alacaqlarını desələr də, hələ bir nəticə yoxdur. Ortada nəticə yoxdursa, mən pulumun geri ödənilməsini istəyirəm".

Məsələ ilə bağlı "Pilgrim Education" xaricdə təhsil şirkətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, sözügedən proses altı-doqquz ay ərzində icra olunur:

"Əli Şükürov tam təqaüdlə xaricdə təhsil üçün bizə müraciət edib. Nəticə alınması altı-doqquz ay çəkir. Tələbə bu barədə məlumatlıdır. Hazırda nəticə gözlənilir".

Təhsil eksperti Ramin Nurəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, təqaüd proqramı nəticələrinin əldə olunması üçün altı-doqquz ay uzun müddətdir:

"Xaricdə təhsil üçün təqaüdlə müraciət olunubsa, bu bir az problemli məsələdir. Çünki təqaüdün bir neçə forması var.

Bunların ikisi dövlət tərəfindən aparılır. Bunlardan biri Xaricdə Təhsil üzrə Dövlət Proqramıdır. Buraya azərbaycanlı tələbələr müraciət edirlər, Elm və Təhsil Nazirliyi (ETN) müsahibə keçirir. Sonra nəticələrə müvafiq olaraq, xaricdəki təhsil müəssisələrinə müraciət olunur. Hansısa universitetdən qəbul aldıqda nazirlik təsdiq edir, tələbənin xərcləri dövlət tərəfindən qarşılanır.

Digəri isə hökumətlərarası təqaüd proqramıdır. Bu təqaüd proqramı dövlətin xarici ölkələrlə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Onlayn qaydada ETN və müraciət edilən ölkənin komissiyası tərəfindən yoxlama aparılır, nəticəsi qənaətbəxş olan tələbə hökumətlərarası təqaüd proqramına qəbul edilir.

Hökumətlərarası və ya dövlət təqaüd proqramına müraciət olunubsa, bu müraciət üç ay ərzində yekunlaşır. Nəticə isə ETN tərəfindən paylaşılır.

Ölkələrin özlərinin verdiyi təqaüd proqramları da var. Xarici ölkə özü təqaüd proqramı elan edir və vətəndaş da müstəqil olaraq müraciət edir. Bu müraciətə cavabın müddətini proqramı elan edən ölkə özü müəyyənləşdirir.

Vətəndaş ilk olaraq hansı təqaüd proqramı ilə hansı ölkənin universitetinə müraciət edildiyini bilməlidir. Altı-doqquz ay müddətin nəyə əsasən deyildiyi öyrənilməlidir. Doqquz ay ərzində cavab verilməsi halı, demək olar ki, olmur. Maksimum beş aya nəticələr ola bilər".

Ekspert söyləyib ki, vətəndaş təhsil şirkətinin onu aldadıb-aldatmadığını bilmək üçün hansı ölkələrə müraciət olunduğuna dair siyahını almalı və həmin ölkələrdə müraciət olunan universitetlə elektron poçt vasitəsilə əlaqə saxlamalı, müraciətin edilmə tarixini öyrənməlidir:

"Müraciətin göndərildiyi ölkənin dilini bilirlərsə, özləri də universitetin rəsmi internet səhifəsinə girib baxa bilərlər ki, nəticələr hansı tarixdə açıqlanacaq. Hər bir universitet məlumatları paylaşır".

Aygün Mirakif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://oxu.az
archiveBu xəbər 24 Yanvar 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see168

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see151

Məhkəmədə Ermənistan vətəndaşlarının cinayət xarakterli məlumatlar tədqiq olunub FOTO

17 Oktyabr 2025 20:37see147

“Ağır çantalar uşaqlarda onurğa əyriliyinə gətirib çıxarır” EKSPERT DANIŞDI

17 Oktyabr 2025 11:50see138

Xəstəxanada əməkdar artistə infeksiya keçib Durumu ağırdır

16 Oktyabr 2025 15:58see138

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see136

Tramp Putinə təzyiqləri artırmağa hazırdır Britaniyalı ekspert

16 Oktyabr 2025 18:31see133

Bakıda bal yarmarkası fəaliyyətə başlayır

17 Oktyabr 2025 13:46see133

Yanacaqdoldurma məntəqələri benzini qatqılarla kəsməyə başlayıb...

16 Oktyabr 2025 18:26see131

“Trampla 2 saatlıq danışıq zamanı Putin Moskvanın sülhün əldə edilməsində maraqlı olduğunu vurğulayıb” Uşakov

16 Oktyabr 2025 23:19see130

Tramp: Hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ən münasib vaxt deyil

17 Oktyabr 2025 03:21see128

Finlandiyalı aktyor İsa Məsih obrazını canlandıracaq...

16 Oktyabr 2025 22:45see126

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see125

Tramp: ABŞ Tomahawk raketlərinin ehtiyatlarını tükədə bilməz

17 Oktyabr 2025 01:09see124

Orban Putin Tramp görüşü barədə: Biz hazırıq!

17 Oktyabr 2025 04:35see124

Məhkəmədə həmin məlumatlar da tədqiq olundu Fotolar

17 Oktyabr 2025 20:42see123

Səhiyyə Nazirliyində İsrailin ölkəmizdəki səfiri ilə görüş keçirildi FOTO

16 Oktyabr 2025 16:50see120

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see119

Rusiya 4 bölgə üzərində 23 Ukrayna PUA sını vurub

17 Oktyabr 2025 04:22see118

DNT testi bütün həyatını dəyişdi: Uşağının əsl atası məlum oldu

17 Oktyabr 2025 14:24see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri