Putinin təyyarəsini Budapeştə uçarkən Rusiya və Türkiyə qırıcıları müşayiət edəcəklər
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
"Rusiyanın qırıcıları Kremlin rəhbəri Vladimir Putinin təyyarəsini Budapeşt yolunda müşayiət edəcəklər".
Oxu.Az xəbər verir ki, bunu "Moskovski Komsomolets" nəşrinə rusiyalı hərbi ekspert, Rusiya aviasiyasının general-mayoru Vladimir Popov deyib.
Bildirilir ki, "İl-96" təyyarəsini təxminən dörd "Su-30SM" və ya "Su-35" qırıcısı müşayiət edəcək.
Bundan başqa, "AIRLive" nəşrinin məlumatına əsasən, Qara dənizin üzərindən uçduqdan sonra drondan istifadə etməklə mümkün təxribatın qarşısını almaqdan ötrü Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarələri əməliyyata qoşulacaqlar.
Nəşr qeyd edir ki, ən mümkün marşrutlardan biri aşağıdakı kimidir: Xəzər dənizi, İran, Türkiyə, Aralıq dənizi, Monteneqro və Serbiya üzərindən Budapeştə.
Xatırladaq ki, ABŞ və Rusiya liderlərinin yaxın iki həftə ərzində Budapeştdə görüşü planlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Oktyabr 2025 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















