Icma.az
close
up
RU
Xaricdə təhsil alanlara qismən akademik tanınma üçün müraciət müddəti uzadılıb

Xaricdə təhsil alanlara qismən akademik tanınma üçün müraciət müddəti uzadılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 24 iyun, AZƏRTAC

Xarici dövlətlərdə əldə edilmiş ali təhsilə aid kvalifikasiyaların tanınması Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli Fərmanı ilə təsdiq olunmuş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na uyğun şəkildə həyata keçirilir.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) AZƏRTAC-a bildirilib ki, qaydaların 5.9-cu bəndinə əsasən, xarici ölkələrdə natamam ali təhsil alan şəxslər təhsillərini Azərbaycan Respublikasının ali təhsil müəssisələrində davam etdirmək üçün ilkin mərhələdə qismən akademik tanınma üçün TKTA-ya müraciət etməlidirlər. Qismən tanınma əldə edildikdən sonra həmin şəxslər ali təhsil müəssisələrinə köçürülmək hüququ əldə edirlər.

Köçürülmə prosesi “Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi...” qaydalarına uyğun olaraq həyata keçiriləcək.

Agentlikdən qeyd olunub ki, qismən tanınma şəhadətnaməsi yalnız köçürülmə üçün müraciət hüququ verir və bu sənəd Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən köçürülmə prosesində tələb olunan sənədlərdən biridir.

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, qismən akademik tanınma üçün müraciət müddəti iyulun 7-si saat 18:00-dək uzadılıb. İştirak etmək istəyənlərə müraciətlərini elektron qaydada göndərmək tövsiyə olunur. Qeyd olunan tarix və saatdan sonra edilən müraciətlər qəbul edilməyəcək.

Müraciət zamanı aşağıdakı tələblərə xüsusi diqqət yetirilməsi tövsiyə olunur:

- Akademik transkript apostil möhürü ilə leqallaşdırılmalı və qəbul tarixi aydın şəkildə göstərilməlidir;

- Təhsil müddətində toplanmış kreditlərin ümumi AKTTS üzrə miqdarı açıq şəkildə qeyd olunmalıdır;

- Transkript təhsil müddətindəki bütün akademik göstəriciləri əhatə etməli və yekun sənəd olmalıdır;

- Transkript ingilis, rus və türk dillərindən başqa dildədirsə, notarial qaydada təsdiq olunmuş Azərbaycan dilinə tərcüməsi təqdim olunmalıdır;

- Sənədlərin orijinallığını daha tez təsdiqləmək üçün onların QR kodlu və ya elektron imzalı versiyalarının təqdim olunması tövsiyə olunur.

Ətraflı məlumatla agentliyin saytəndan tanış ola bilərsiniz.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:238
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 İyun 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri