Oqtay Abdullayev: “Əminəm ki, “Qarabağ” ispanları o sözə görə cəzalandıracaq”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Atletik” - “Qarabağ” oyunu yaxınlaşdıqca qarşılaşma barədə proqnozların sayı artır. Komandamız ardıcıl iki qələbədən sonra uğurlu seriyasını davam etdirə biləcəkmi? Yoxsa, əksinə, iki oyun ardıcıl uduzan “Atletik”in uğursuz seriyası nəhayət sabah qırılacaq?
Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev sabahkı matçla bağlı təxminlərini İdman.Biz-lə bölüşüb:
FVİ sədri bildirib ki, “Qarabağ” üçün sabah Bilbaoda çox çətin olacaq: “Atletik” Çempionlar Liqasının ilk iki matçındakı məğlubiyyətlərə görə azarkeşləri qarşısında “günahlarını yumaq” üçün əlindən gələni edəcək.
Digər tərəfdən, “Qarabağ” adətən səfər oyunlarında çox uğurlu çıxış edir və hesab edirəm ki, ən azı uduzmayacaq. Üstəlik, ispanların baş məşqçisi Valverde “Qarabağ”ın qapısından doqquz qol vurmaq çağırışı ilə açıq-açıq həddi aşıb! Əminəm ki, “Qarabağ” ispanlara bu sözlərinə görə cəzalandıracaq. Mənim proqnozum – 1:1 və ya “Qarabağ”ın xeyrinə 0:1 hesabıdır".
Vüqar Vüqarlı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Oktyabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















