Xaricdəki Azərbaycan Mədəniyyət mərkəzləri rəhbərlərinin Romada hesabat yığıncağı keçirilib AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Roma, 21 dekabr, AZƏRTAC
İtaliyanın paytaxtı Romada mədəniyyət naziri Adil Kərimlinin iştirakı ilə Azərbaycanın xaricdə fəaliyyət göstərən Mədəniyyət mərkəzlərinin hesabat toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycanın Avstriyadakı Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova, direktor müavini Elgün Niftəliyev, Türkiyədəki mərkəzin direktoru Samir Abbasov, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Akif Marifli, mərkəzin direktor müavini Nadir Əlimirzəyev, Almaniyadakı mərkəzdən direktor müavini İsa Məmmədov və ölkəmizin Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova iştirak ediblər.
Yığıncağın məqsədi xarici ölkələrdəki Azərbaycan Mədəniyyət mərkəzlərinin fəaliyyətinin əlaqələndirilməsi, 2023–2024-cü illərə dair hesabatların dinlənilməsi və 2025-ci il üzrə fəaliyyət planlarının müzakirəsi olub.
Toplantıda qeyd olunan dövr üzrə hesabatlar dinlənilib, həyata keçirilən layihələr müzakirə edilib. Mərkəzlərin qarşıdakı ilə dair fəaliyyət istiqamətləri, nəzərdə tutulan tədbir və layihələrlə bağlı fikir mübadiləsi aparılıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 21 Dekabr 2024 20:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















