Icma.az
close
up
RU
Pianoçu Əhəd Əsgərov: Xaricdəki Azərbaycan mədəniyyət mərkəzləri mədəniyyətin və incəsənətin təbliği baxımından güclü stimuldur

Pianoçu Əhəd Əsgərov: Xaricdəki Azərbaycan mədəniyyət mərkəzləri mədəniyyətin və incəsənətin təbliği baxımından güclü stimuldur

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ankara, 30 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanın əldə etdiyi nailiyyətlər dünyanın hər yerində rəğbətlə qarşılanır. Dövlətin mədəniyyətin inkişafına töhfəsi də misilsizdir.

Bu barədə AZƏRTAC-ın müxbiri ilə müsahibəsində artıq 40 ildən çoxdur qardaş ölkədə Azərbaycan mədəniyyətinin təbliğinə töhfə verən və Türkiyədə tanınan pianoçu Əhəd Əsgərov bildirib. O, bu kontekstdə diqqəti Azərbaycan Mədəniyyət Nazirliyi, həmçinin Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən çoxlu sayda layihəyə çəkib.

Agentliyin həmsöhbətinin sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin ölkəmiz üçün taleyüklü bir məqamda hakimiyyətə qayıtması və Prezident İlham Əliyevin onun kursunu davam etdirməsi baş verməsəydi, Azərbaycanın taleyinin necə olacağını düşünmək belə çətin olardı. O vurğulayıb: “Milyonlarla azərbaycanlı kimi, mən də ərazi bütövlüyümüzün təmin olunacağı günün gələcəyinə həmişə inanmışam, ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsi istiqamətində atılan hər bir addıma sevinmişəm”.

Musiqiçi Prezident İlham Əliyevin xaricdə Azərbaycan mədəniyyət mərkəzlərinin yaradılması ilə bağlı uzaqgörən qərarını xüsusi qeyd edərək, bu mühüm addımı xalqımızın milli mədəniyyətinin və incəsənətinin bütün dünyada tanıdılması üçün güclü stimul adlandırıb. O, ölkəmizin Ankaradakı səfirliyi nəzdində fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin həyata keçirdiyi uğurlu proqram və tədbirləri nümunə kimi göstərib.

“Azərbaycan haqlı olaraq Şərqin mədəni həyatının tanınmış incilərindən biri olub və belə olaraq da qalır. Təsadüfi deyil ki, 1908-ci ildə Şərqdə ilk opera - “Leyli və Məcnun”un müəllifi dahi Üzeyir Hacıbəyli olub”, - deyə xatırladan pianoçu bildirib ki, gələcəkdə ölkəmizin Qarabağ bölgəsində möhkəm bazanın və konservatoriyanın yaradılacağına ümid edir.

Ermənilərin Azərbaycan mədəniyyətinə münasibətinə toxunan musiqiçi qeyd edib ki, bu məsələdə həmişə paxıllıq hiss olunur. O əlavə edib: “Bu, sovet dövründə, hətta dahi Heydər Əliyevin Azərbaycanda hakimiyyət başında olduğu, daha sonra Moskvada rəhbər vəzifələrdə çalışdığı illərdə də özünü büruzə verirdi. İrəvanda bəzi şəxslərin “Arşın mal alan” operettasını həyasızcasına “erməni” əsəri adlandırması bu yalanları absurd həddinə çatdırıb”.

O, sovet illərində növbə ilə Bakıda, Tbilisidə və İrəvanda təşkil olunan “Zaqafqaziya musiqi müsabiqələri”ni də buna misal çəkib: “Ermənilərin bu bədnam xisləti hətta gənclərin müsabiqələri səviyyəsində də hiss olunurdu. Azərbaycan fortepiano məktəbi regionda həmişə birinci yerdə olub. Qonşu respublikalarda başqa istiqamətlər, xüsusən də skripka sənəti inkişaf etdirilib. Eyni zamanda, ermənilərdə açıq paxıllıq hissi var idi”.

Onun sözlərinə görə, dahi Heydər Əliyevin Azərbaycanın gənc istedadlarına qayğısı onilliklər boyu davam edib. Perspektivli gənc oğlan və qızlar aparıcı ali məktəblərə, o cümlədən Moskva Konservatoriyasına oxumağa göndərilirdi. Bütün bunlar ziyalıların məşhur nümayəndələrindən ibarət kəhkəşanın formalaşmasına imkan verdi.

Gələcək planlarından danışan azərbaycanlı musiqiçi 2024-cü ildə görkəmli Azərbaycan bəstəkarı, dirijoru, pedaqoqu, ictimai xadimi, professor, “Şöhrət” ordenli Xalq artisti Süleyman Ələsgərov haqqında kitabı nəşrə hazırladığı barədə məlumat verib. O bildirib ki, həmin kitab redaktə mərhələsindədir. “Görkəmli bəstəkarın əsərləri müxtəlif teatrlarda, o cümlədən qardaş Türkiyədə - Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində uğurla nümayiş etdirilib”, -deyə musiqiçi qeyd edib.

Azərbaycanlı pianoçunun aktiv fəaliyyəti və Azərbaycan ilə Türkiyə, habelə digər ölkələr arasında mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi töhfələr çoxsaylı mükafat və sertifikatlara layiq görülüb. O, həmçinin Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin, Türkiyə və Rusiyanın müxtəlif universitet və strukturlarının fəxri fərmanları ilə təltif edilib.

Ötən illər ərzində həmyerlimiz Türkiyədə, eləcə də Avropa ölkələrində onlarla konsert proqramı ilə çıxış edib. Bunların bir hissəsi Qara Qarayev kimi görkəmli şəxsiyyətlərin yubileylərinə həsr olunub.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see237

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see225

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see199

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see196

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see173

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see168

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see166

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see162

Energetik içkilərlə bağlı şok xəbərdarlıq: kor edə bilər

30 Dekabr 2025 09:06see154

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see153

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see148

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see147

Süni intellektin gələcəyi: OpenAI təhlükələrə qarşı mübarizə üçün idarəedici axtarır

30 Dekabr 2025 09:05see144

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see142

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see141

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see140

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see135

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see132

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see131

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri