Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
Cari ilin ilk 9 ayında Azərbaycana xarici ölkələrdən 8 milyon 508 min 260 ədəd diş fırçası gətirilib.
Axar.az Valyuta.az-a istinadən xəbər verir ki, bu miqdarda fırça alışına 2 milyon 179 min 280 ABŞ dolları (3 milyon 704 min 776 manat) vəsait ödənilib.
İdxal olunan fiş fırçasının bir ədədinin orta qiyməti 25 sent (43 qəpik) olub.
if (!$ISMOBILE) : ?>
include(__DIR__.'/320x100.php');?>
Rəsmi mənbələrdə olan məlumata görə, ötən ay Azərbaycanda pərakəndə satış mərkəzlərində bir ədəd diş fırçasının orta satış qiyməti 2 manat 48 qəpik olub. Bu da, xaricdən alınan qiymətdən 2 manat 45 qəpik və ya 5,8 dəfə bahadır.

Xaricdən alınan diş fırçası ölkədə 6 dəfə baha satılır
26 Noyabr 2024 20:22

