Icma.az
close
up
RU
Xaricdən dövlətimizi təhqir edənlərin yaratdığı ənənəni daxildə də fərqli üsulda yaşatmaq kimə sərf edir?

Xaricdən dövlətimizi təhqir edənlərin yaratdığı ənənəni daxildə də fərqli üsulda yaşatmaq kimə sərf edir?

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Səmavi dinlərin üç dəyişməz ortaq prinsipi var. Bunlardan biri tovhid, yəni tək Allaha inam, ikincisi axirətə, öldükdən sonra hesaba çəkilməyə, ilahi cəza və mükafata iman, üçüncüsü isə əxlaq normalarıdır. İslam dininin də təməli, əlifbası əxlaqdır, ədəbdir, sosial münasibətləri etik yöndə inkişaf etdirməkdir. Ancaq əsasən sosial şəbəkə platformalarında dindarların yaxud özünü dindar elan edənlərin kütləvi söyüş, təhqir, təhdid dolu çıxışları cəmiyyətin mənəvi rayihəsini ipapozur".

Redaktor.az xəbər verir ki, bunu ilahiyyatçı Tural İrfan deyib. O, bildirib ki, bu dini və dini dəyərləri şübhə altında qoyur, hörmətdən salır:

"Şübhəsiz ki, xarici təsirlər nəticəsində din pərdəsi altında fəaliyyət göstərən müəyyən qruplar var ki, bunlar din donu geyinib əslində xarici siyasi maraqlara, əcnəbi ideologiyalara ya bilərəkdən ya da bilməyərəkdən xidmət edirlər. Debat adı ilə məzhəb münaqişəsi yaradırlar, sonra da təhqir kampaniyası başlayır. Məzhəb adı ilə təəssübü çəkilən anlayışı araşdırıb görürsən ki, əslində bu, xalqımız üçün ənənəvi və xarakterik olmayan təhlükəli bir yoldur. Sadəcə ona din, yaxud məzhəb qiyafəsi geydiriblər ki, xalqın zənnini yanıltsınlar".

İlahiyyatçı deyib ki, bununla bağlı  sosial şəbəkələrdə söyüş və təhqir yarışı təşkil edən qruplar var:

"Dini şüarlarla çıxış edirlər. Xalqımızın ziyalılarını, mənsəb sahiblərini, çox zaman da tarixi şəxsiyyətlərini müxtəlif yollarla aşağılayır, qadın, qız, uşaq demədən təhqir edirlər. Hesab edirəm ki, sosial şəbəkələrdə bu cür mənfi mənzərə cəmiyyətin inkişafına xələl gətirir, intellektin, etik dəyərlərin tənəzzülünə aparır. Bir müğənni çıxış edir, dərhal tökülüb onu, ailəsini hətta pərəstişkarlarını nalayiq ifadələrlə təhqir edirlər. Və bunun qarşısı da alınmır. Din - mənəviyyat, əxlaq, ədəb deməkdir ilkin mənada".

Onun sözlərinə görə, din xadimləri də bu məsələlərə münasibət bildirmirlər:

"Din xadimləri, ilahiyyatçılar, dinşünaslar isə düşünür ki, mənə dəyməyən ilan min il yaşasın. Yalnız özlərinə qarşı yönələndə narahat olurlar, cəmiyyətə zərər dəyəndə deyil. Bu, daş dövrünün tayfaçılıq təfəkkürü, mağara məfkurəsidir. Millət kimi formalaşmalı, kütlə deyil, xalq kimi davranmalıyıq. Əgər ümumi cəmiyyətin əxlaqına xələl gəlirsə bu, eyni zamanda fərdləri də narahat etməlidir. Çox zaman da bu təhqir kampaniyasını xaricdə təhsil alıb gəlmiş, xarici dövlətlərin din modelini tətbiq etmək istəyən "din xadimləri, ilahiyyatçılar" təşkil və idarə edirlər. Dini hörmətdən salır, İslam barədə mənfi görüntü yaradırlar.

Hesab edirəm ki, sosial şəbəkələrdə təhqir kampaniyası təşkil edənlər, bundan yararlananlar, ziyalıları hədəfə gətirib linç edənlər barədə hüquqi ölçü götürülməli, lazım gələrsə qanun qəbul edilib məsuliyyət tədbiri görülməlidir. Çünki müasirliyin tələbi olan sosial şəbəkələrdə yeni, fərqli fikir söyləmək, normal müzakirə aparmaq artıq mümükünsüz hala gəlir. Təhdid, şantaj, təhqir, böhtançılıq baş alıb gedir. İctimai mənzərə korlanır. Ələlxsus da bunun din adamları, özünü dindar hesab edənlərin əli ilə aparılması daha ciddi məsuliyyət yaradır. Azadlığı özbaşınalıq kimi anlayanlara həqiqət anladılmasa qarşısı alınmaz sonluq meydana çıxa bilər. Xaricdən dövlətimizi təhqir edənlərin yaratdığı ənənəni daxildə də fərqli üsulda yaşatmaq kimə sərf edir? Əgər bunun qarşısı alınmırısa, üstəlik də dindarlar bu mənfur işə cəlb edilibsə demək burada ciddi problemlər var. Söyüş, təhqir əlindən dindən danışmaq mümkün deyil. Dünyanın heç bir yerində dindarlar sosial şəbəkələrdə bu qədər söyüş istifadə etmir. Dəqiq araşdırmalarım göstərir ki, din xadimləri nəinki bunun qarşısını almağa cəhd edir, əksinə bəzi hallarda şərait yaradır və ya dəstək verirlər, iştirakçı olurlar. Söyüş axınına qoşulan din adamı cəmiyyətə hansı mənəvi, əxlaqi dəyərləri aşılaya bilər? Əlbəttə heç bir dəyər aşılaya bilməz. Moizələrində, xütbələrində, çıxışlarında sosial şəbəkələrdəki təhqirin qarşının alınması üçün təbliğat aparmaq əvəzinə cin, şeytandan danışmaq cahillikdir. Əvvəlcə görünən real şeytanlığın qarşısını almaq, sonra başqa mövzulardan danışmaq lazımdır. Bu gün ən aktual mövzu dindarların sosial şəbəkələrdə söyüş, təhqir kampaniyası aparması problemidir. Din xadimləri məsciddə əxlaq öyrətmir bəs nə öyrədirlər? Əjdaha, şir nağılları, fars şüubiyyəsinin ideoloji əsasları, Əməvi ərəb şovinist ənənələrinin din pərdəsinə bükülmüş forması aşılanır əhaliyə. Əgər dini camiəyə Quran əxlaqı, Peyğəmbər ədəbi aşılansa idi əsla bu qədər söyüş, təhqir olmazdı. Xalqımızın milli kimliyinə müxalif, milli mentalitetimizə, qanunlarımıza zidd olan xarici ideologiyaları din, məzhəb adı ilə yeritməkdən böyük xəyanət yoxdur. Əgər sosial şəbəkələrdəki bu qədər təhqiri həqiqi din xadimləri görmürsə, görüb yan keçirsə, həmin xəyanətin içindədirlər.

Din xadimləri əgər bu əxlaqsızlığa qarşı sözünü demir, əxlaqa, mənəviyyata, ədəbə çağırmırsa demək əsl dindar deyillər. Hesab edirəm ki, dindarların cəmiyyətin əxlaqını pozmağa yönəlmiş bu çirkin kampaniyasının qarşını almaq üçün mütləq hüquqi tədbirlər görülməli, qanun qəbul edilməlidir. Ziyalı adamların, elm adamlarının çoxu məhz bu cür mənzərəyə görə ya sosial şəbəkələrdən istifadə etmir, ya da hansısa mövzunu normal şəkildə açıq müzakirə edə bilmirlər. Dərhal bu vəhşi kütlə sürü şəklində peyda olaraq təhqir, söyüş, böhtan kampaniyasına start verir, adamları linç edirlər. Özünü ilahiyyatçı, dinşünas, din xadimi hesab edən bir çoxu da kənardan seyr edir. Bu məsələ ətrafında düşünməyə və tədbirlər görülməsinə böyük ehtiyac var".

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 İyun 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri