Icma.az
close
up
RU
Xaricdən gətirilən avtomobillərin gömrük proseduru haqda mühüm qərar

Xaricdən gətirilən avtomobillərin gömrük proseduru haqda mühüm qərar

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib.

Bununla bağlı Gömrük Məcəlləsində dəyişikliklərlə əlaqədar iyunun 19-da qəbul edilən müvafiq qanun sentyabrın 3-dən qüvvəyə minib.

Qanuna əsasən, gömrük nəzarəti zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edəcəklər: pizza

mallar və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin formalarının növbədənkənar aparılması;

xarici ticarət iştirakçılarının nəqliyyat vasitələrinə tətbiq etdiyi eyniləşdirmə vasitələrinin gömrük orqanları tərəfindən tanınması;

gömrük orqanlarının tətbiq etdiyi eyniləşdirmə vasitələrinin gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı olmadan xarici ticarət iştirakçıları tərəfindən götürülməsi;

gömrük nəzarəti altında olan malların gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı olmadan nəqliyyat vasitələrindən boşaldılması və nəqliyyat vasitələrinə yüklənməsi;

gömrük nəzarəti altında olan malların daşınması üçün gömrük orqanları tərəfindən marşrutun müəyyən edilməməsi;

malların və nəqliyyat vasitələrinin müvəqqəti saxlancının onların sahibinin istifadəsində olan anbarlarda həyata keçirilməsi;

idxal olunan malların birbaşa şəxsin istifadəsində olan anbara aparılması;

ixrac olunan mallara və nəqliyyat vasitələrinə dair gömrük bəyannaməsini elektron qaydada gömrük orqanlarına təqdim etməklə malların bəyan edildiyi dövlət sərhədindən buraxılış məntəqəsinə birbaşa göndərilməsi.

Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanları aşağıdakı sadələşdirilmiş gömrük əməliyyatlarını tətbiq edəcəklər:

gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan malların buraxılışının növbədənkənar və dərhal təmin edilməsi;

gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün Gömrük Məcəlləsində nəzərdə tutulmuş təminat üsullarının gömrük orqanları tərəfindən tələb olunmaması;

gömrük ərazisinə gətirilmiş malların qısa idxal bəyannaməsi əsasında buraxılışına icazə verilməsi;

gömrük rəsmiləşdirilməsinə dair bütün gömrük əməliyyatlarının Ticarətin Asanlaşdırılması Mərkəzlərində prioritet qaydada həyata keçirilməsi;

malların sadələşdirilmiş bəyannamə əsasında bəyan olunması.

Döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media, informasiya agentlikləri) məqsədləri üçün materialların, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Mərkəzi Bankın ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş qaydada, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə mühit zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi isə güzəştli və sadələşdirilmiş qaydada həyata keçiriləcək.

Malların gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq.

Qeyd edək ki, bu qanun layihəsi ilk dəfə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin aprelin 29-da keçirilən iclasında təqdim edilib.

İclasda çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirilib ki, layihənin əsas məqsədləri sırasında Azərbaycanın tranzit potensialının daha da inkişaf etdirilməsi, etibarlı tərəfdaşlıq institutunun təşviqi, gömrük əməliyyatlarında sadələşdirmələrin genişləndirilməsi, habelə gömrük nəzarətində müasir və çevik yanaşmaların tətbiqi xüsusi yer tutur.

Tranzit potensialının inkişaf etdirilməsi ilə bağlı yeniliklərdən danışan Şahin Bağırov multimodal daşımalarda “bir elektron bəyannamə” prinsipinin tətbiqinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, beynəlxalq tranzit sistemlərinə inteqrasiya və tranzit əməliyyatlarının rəqəmsallaşdırılması kimi yeniliklər də Azərbaycanın tranzit ölkə kimi mövqeyinin daha da güclənməsinə xidmət edəcək.

Layihədə etibarlı tərəfdaşlığın təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklərdən bəhs edilərkən Səlahiyyətli İqtisadi Operator statusunun əhatə dairəsinin genişləndirilməsi və gömrük təmsilçiliyi institutunun təkmilləşdirilməsi barədə məlumat verilib.

Gömrük əməliyyatlarında sadələşdirmələrlə bağlı təklif olunan yeniliklər sırasında inzibati aktların elektronlaşdırılması, elektron sənəd dövriyyəsinin genişləndirilməsi, eləcə də Ticarətin Asanlaşdırılması Mərkəzləri konsepsiyasının tətbiqi xüsusi qeyd olunub.

Vurğulanıb ki, bu dəyişikliklər inzibati proseslərin legitimliyinin möhkəmləndirilməsinə, sahibkarlıq subyektlərinin üzərinə düşən inzibati yükün azaldılmasına və daha əlverişli hüquqi mühitin formalaşdırılmasına xidmət edəcək. Sənəddə, eyni zamanda, gömrük nəzarətinin və audit mexanizmlərinin hüquqi əsaslarının dəqiqləşdirildiyi, bu sahədə yeni prosedurların müəyyən olunduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, gömrük nəzarəti formalarının həyata keçirilməsi üzrə ayrıca qaydanın hazırlanması, həmin qaydalarda mütənasiblik, əsaslandırma, sənədləşdirmə, videoçəkiliş və şikayət mexanizmlərinin nəzərdə tutulması insan hüquq və azadlıqlarının təmin olunmasına xidmət edir.

Vurğulanıb ki, Gömrük Məcəlləsinin yeni redaksiyası gömrük tənzimlənməsinin daha çevik, şəffaf və biznesyönümlü modelə keçirilməsinə, xarici ticarət əməliyyatlarının daha operativ və səmərəli təşkilinə, ölkənin tranzit və logistika imkanlarının genişləndirilməsinə əlverişli hüquqi zəmin yaradacaq.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 04 Sentyabr 2026 08:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri