Icma.az
close
up
RU
Xarici dil DƏLƏDUZLARI “3 aya ingilis dilini öyrən”, “4 aya rus dilində sərbəst danış” elanlarına İNANAQ?

Xarici dil DƏLƏDUZLARI “3 aya ingilis dilini öyrən”, “4 aya rus dilində sərbəst danış” elanlarına İNANAQ?

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Gündəlik istifadə etdiyimiz sosial şəbəkələrdə xarici dil ilə bağlı bəzi reklamlarla qarşılaşırıq. “3 aya ingilis dilini  tam öyrən”, “4 aya rus dilində sərbəst danış” başlıqlı bu elanlar insanlada bir düşüncə formalaşdırır.
Həqiqətənmi, 3 aya ingilis və ya rus dilini mükəmməl öyrənə bilərəm?
Bizim.Media-ya mövzu ilə bağlı fikirlərini bölüşən xarici dil mütəxəssisi Vüqar Məmmədovun sözlərinə görə “3 aya tam öyrən”, “4 aya sərbəst danış” və sair tipli reklamlar həddindən artıq şişirdilmiş və marketinq məqsədli olur:
“Xarici dil öyrənmək kompleks və fərdi bir prosesdir, yəni hər kəsin öyrənmə tempi, əvvəlki bilik səviyyəsi, motivasiyası, gündəlik məşğuliyyəti və istifadə etdiyi metodlar fərqlidir. Əgər kimsə artıq bir baza biliklərinə malikdirsə, intensiv şəkildə öyrənirsə (gündəlik 3-4 saat aktiv məşğul olmaqla), mütəmadi olaraq dili dinləyir, danışır və yazırsa - bəli, 3-4 aya müəyyən səviyyəyə çatmaq mümkündür. Amma “tam öyrənmək” və ya “sərbəst danışmaq” dedikdə bu nəzərdə tutulmur. Hər kəsin “sərbəst danışmaq” anlayışı fərqli ola bilər”, - deyə o  əlavə edib.
Əslində, dil öyrənmək bir marafondur, sprint deyil deyən mütəxəssis diqqətə çatdırıb ki, hər gün kiçik addımlarla irəliləyən, öyrəndiklərini tətbiq edən və davamlı şəkildə məşq edən biri, əlbəttə, uğura çatacaq:
“Amma “qısa müddətdə möcüzəvi nəticə” gözləmək – reallıqdan uzaqdır. Bəs bunun səbəbi nədir deyə soruşsanız? İnsanlar artıq yorulublar. Həm iqtisadi çətinliklərdən,  həm də bu qatma-qarışıq həyatdan… Dil öyrənmək onlar üçün sadəcə bir bacarıq deyil, çıxış yoludur, ümiddir. Ona görə də kim onlara “tez” və “asan” bir yol göstərirsə, inanmaq istəyirlər.
Çünki çox vaxt inanmaqdan başqa çarələri qalmır. Amma təəssüf ki, real həyatda işlər belə tez və sadə getmir. Dil öyrənmək bir az da xarakter formalaşdırır, səbri, davamlılığı öyrədir. Bu prosesi keçmək də, nəticədə insana təkcə bir dil bilikləri yox, həm də bir özgüvən, mübarizə ruhu qazandırır”,- deyə mütəxəssis bildirib.
O, eyni zamanda qeyd edib ki, bəlkə də gələcəkdə süni intellekt, tərcümə texnologiyaları, fərdi öyrənmə alqoritmləri bu prosesi daha da sürətləndirəcək. Amma o zamana qədər, yenə də “gündəlik zəhmət” əsas yoldur”.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Aprel 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see228

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see216

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see173

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see168

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see157

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see156

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see154

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see154

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see148

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see141

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Nəzrinlə Mərdanın qızı olacaq

31 Dekabr 2025 15:52see140

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see138

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri