Icma.az
close
up
RU
Xarici işlər nazirinin müavini Mərakeşdə səfərdə olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Xarici işlər nazirinin müavini Mərakeşdə səfərdə olub Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

27-29 noyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Mərakeş Krallığında səfərdə olub.

AZXEBER.COM-un xəbərinə görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, 27 noyabr tarixində nazir müavini Rabat şəhərində yerləşən Mərakeş Diplomatik Araşdırmalar Akademiyasında yerli və Afrikanın bir sıra digər ölkələrindən olan gənc diplomatların qatıldığı dəyirmi masada iştirak edib. "Azərbaycanın xarici siyasəti” mövzusunda çıxış edən F.Rzayev ölkəmizin ikitərəfli və çoxtərəfli müstəvidə yürütdüyü xarici siyasət kursu, regionda baş verən cari proseslər, Azərbaycanla Mərakeş arasında ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, Azərbaycanın BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) uğurlu sədrliyi və COP29 çərçivəsində qəbul edilmiş qərarlara dair ünvanlanmış sualları cavablandırıb.

Nazir müavini səfər çərçivəsində Tanjer şəhərində Mərakeş Kralının himayəsi altında keçirilən "Suverenlik və dayanıqlıq imkanları: yeni qlobal tarazlığa doğru” mövzusunda 16-cı Beynəlxalq MEDays Forumunda iştirak edib.

Foruma 100-dən çox ölkədən 6 minə yaxın nümayəndə qatılıb. Forumun enerji keçidləri mövzusuna həsr olunmuş panel sessiyasında çıxış etmiş F.Rzayev ölkəmizin yaşıl enerjiyə keçid və alternativ enerji mənbələrindən istifadə sahəsindəki siyasəti, habelə COP29 çərçivəsində Azərbaycanın sədrliyi tərəfindən görülmüş işlərdən danışıb.

29 noyabr tarixində "qlobal idarəçilik böhranı və multilateralizm” mövzusunda panel sessiyasında çıxışında nazir müavini Azərbaycanın xarici və təhlükəsizlik siyasətinə dair Forum iştirakçılarını məlumatlandırıb.

Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk günlərdən başlayaraq, beynəlxalq hüququn aliliyi və multilateralizmə xüsusi önəm verdiyini bildirən F.Rzayev ölkəmizin üzləşdiyi təhdidlər, erməni işğalının fəsadlarına toxunub. Azərbaycanın mühüm enerji və nəqliyyat layihələri ilə daha geniş bölgədə inteqrasiya proseslərinə vacib töhfə verdiyinə vurğu edilib. Azərbaycanın Qoşulmama Hərəkatına 4 il müddətində uğurla sədrlik etdiyinə diqqət yönəldilib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Dekabr 2024 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see259

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see204

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see176

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see169

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see151

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see143

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see138

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see137

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri