Icma.az
close
up
RU
Xarici KİV Messinin Bakı səfərindən nə yazdı? Dünya ulduzundan ölkəmizə təşəkkür

Xarici KİV Messinin Bakı səfərindən nə yazdı? Dünya ulduzundan ölkəmizə təşəkkür

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bizdən nə danışırlar?" verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişdə bildirilib ki, bu gün dünyanın yeni siyasi düzəni formalaşır, illərlə öz haqqı uğrunda çarpışan xalqlar və dövlətlər söz sahibinə çevrilir. Dünyada baş verən geosiyasi proseslər, hərbi münaqişələr, müharibələr, iqtisadi təlatümlər və qlobal məsələlər bəşəriyyəti düşündürür. Qeyd olunan məqamların fonunda Azərbaycanın xarici siyasəti dünya mediasının diqqətindən hər zamankı kimi yayınmayıb.

Rusiyanın "Vestnik Kavkaza" nəşri dünya futbolunun ulduzu Lionel Messinin Bakıya səfəri ilə bağlı xəbər yayımlayıb. Bildirilib ki, o, Azərbaycana səfəri çərçivəsində komanda yoldaşları ilə birlikdə bir sıra simvolik məkanlarda olub və azarkeşləri ilə görüş keçirib.

Futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Albanın Bakı Kristal Zalında fanatlarına unudulmaz anlar yaşatdığı oxucuların diqqətinə çatdırılıb. Bildirilib ki, cəmi birgünlük səfər çərçivəsində onlar Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət edib, Ulu Öndərin xatirəsini anıblar.

Ermənistanın "Aysor.am" nəşri Prezident köməkçisi Hikmət Hacıyevin açıqlamasına istinad edib. Xəbərdə qeyd olunub ki, Ermənistan və Azərbaycan arasında qarşılıqlı sülh danışıqları gedirsə, burada üçüncü ölkəyə ehtiyac yoxdur.

Bildirilib ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

İranın "İRNA" xəbər portalı bildirib ki, Azərbaycanın İrandakı səfirliyinin konsulluq şöbəsi fəaliyyətini bərpa edib.

Mənbə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına istinad edib. Vurğulanıb ki, dekabrın 15-dən etibarən Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinin konsulluq şöbəsi öz fəaliyyətini bərpa edib.

Ətraflı Baku TV-nin süjetində:

Xarici KİV Messinin Bakı səfərindən nə yazdı? - Dünya ulduzundan ölkəmizə təşəkkür

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 16 Dekabr 2024 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri