Xarici maşınları yoxlamaq üçün yaradılacaq VİN kod axtarış sistemi nə vaxtdan işləyəcək?
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycanda da avtomobillər üçün "VİN kod" axtarış sistemi yaradılacaq.
Moderator.az Xəzər TV-yə istinadən xəbər verir ki, xarici ölkələrdən avtomobil alan zaman onun istər təmir, istər texniki baxış, istərsə də sığorta keçmişini avtomobilin ban nömrəsini müvafiq sistemə daxil edərək görmək olur. Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilib ki, bu sistemin ölkəmizdə də tətbiq olunması üçün təhlillərə başlanılıb və "VİN kod" axtarış sistemi Azərbaycanda da tətbiq ediləcək.
Assosiasiyanın ekspert qrupunun üzvü Emil Ağabağırov bildirib ki, ölkəmizdə bu sistemin yaradılması üçün Türkiyə modeli və bazar şərtləri araşdırılır.
Emil Ağabağırovun sözlərinə görə, bu sistemin yaradılması üçün müxtəlif qurum və şirkətlər arasında ortaq baza yaradılmalıdır. Bu həm də sığorta dələduzluğu hallarının qarşısını alacaq.
Ətraflı süjetdə:
Baxış sayı:63
Bu xəbər 08 Dekabr 2024 23:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















